Azərbaycanın xalis maliyyə aktivləri 1.2 milyard dollar artıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
2025-ci ilin I rübü üzrə Azərbaycanın xalis maliyyə aktivləri 1.2 milyard ABŞ dolları artıb.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (-144.1 milyon ABŞ dolları), portfel investisiyaları (629.2 milyon ABŞ dolları) və digər investisiyalar (694.5 milyon ABŞ dolları) hesabına formalaşıb.
Qeyd edilib ki, hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 45.1 milyon ABŞ dolları azalıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-239.6 milyon ABŞ dolları), neft bonusu (450.2 milyon ABŞ dolları), portfel investisiyaları (-4.7 milyon ABŞ dolları) və digər investisiyalar (-251 milyon ABŞ dolları) hesabına formalaşıb.
Baxış sayı:91
Bu xəbər 19 İyun 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















