Icma.az
close
up
RU
Azərbaycanın xarici işlər naziri malayziyalı həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri malayziyalı həmkarı ilə görüşüb

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İyunun 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində malayziyalı həmkarı Mohamad Hasan ilə görüşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı Azərbaycanla Malayziya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri, Yaxın Şərqdə vəziyyət və İsrail-İran qarşıdurması müzakirə olunub.

Nazirlər siyasi dialoqun genişləndirilməsi, qarşılıqlı yüksəksəviyyəli səfərlərin təşkili, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, təhsil, energetika, yüksək texnologiyalar və turizm sahələrində geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıblar. Bu yaxınlarda Xarici İşlər nazirlikləri arasında aparılmış siyasi məsləhətləşmələrin münasibətlərin inkişafına töhfəsi məmnunluqla qeyd edilib.

Ceyhun Bayramov Azərbaycan ilə Malayziya arasında Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi çoxtərəfli platformalar çərçivəsində mövcud əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycan ilə Malayziya arasında Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində də əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. Ölkəmizin inkişaf etməkdə olan səkkiz ölkəni birləşdirən D-8 təşkilatına üzvlüyə qəbul olunmasının əhəmiyyəti xüsusilə vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 İyun 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri