Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

“Azərbaycanın xarici siyasət kursu balanslı və praqmatikdir” DEPUTAT DANIŞDI

“Azərbaycanın xarici siyasət kursu balanslı və praqmatikdir” DEPUTAT DANIŞDI

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən səsləndirilən bu fikir bir daha təsdiq edir ki, regionda davamlı sülhün və sabitliyin təmin olunması yalnız formal bəyanatlarla deyil, real təmaslar, açıq dialoq və qarşılıqlı etimad mühitinin formalaşdırılması ilə mümkündür”.Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində etimad ən vacib amillərdən biri hesab olunur və onun qurulması uzunmüddətli, ardıcıl səylər tələb edir:” Məhz bu baxımdan Azərbaycan tərəfinin atdığı addımlar və irəli sürdüyü təşəbbüslər xüsusi diqqətə layiqdir.Xüsusilə Edqars Rinkeviçs ilə keçirilən görüş çərçivəsində bu mesajın verilməsi Azərbaycanın xarici siyasət kursunun nə qədər balanslı və praqmatik olduğunu nümayiş etdirir. Bu görüş təkcə iki ölkə arasında münasibətlərin inkişafı deyil, eyni zamanda Azərbaycanın beynəlxalq arenada dialoqa açıq, əməkdaşlığa hazır və konstruktiv tərəfdaş kimi çıxış etdiyini bir daha göstərir. Bu cür təmaslar Azərbaycanın regionda və daha geniş coğrafiyada etibarlı tərəfdaş imicini gücləndirir.Hesab edirəm ki, Azərbaycan və Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri artıq yeni siyasi reallığın formalaşdığını göstərir. Bu görüşlər yalnız diplomatik protokol xarakteri daşımır, əksinə, uzun illər davam edən qarşıdurma və etimadsızlıq mühitinin tədricən aradan qaldırılmasına xidmət edir. Qarşılıqlı səfərlər, birbaşa ünsiyyət və açıq müzakirələr tərəflər arasında anlaşmanın dərinləşməsinə, yanlış təsəvvürlərin aradan qalxmasına və daha sağlam münasibətlərin qurulmasına zəmin yaradır.Bu proses həm də regionda yeni əməkdaşlıq modelinin formalaşması üçün mühüm platforma rolunu oynayır. İqtisadi, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq imkanlarının genişlənməsi yalnız tərəflər üçün deyil, bütövlükdə region üçün yeni inkişaf perspektivləri açır. Bu isə öz növbəsində sabitliyin möhkəmlənməsinə və uzunmüddətli sülhün təmin olunmasına töhfə verir.Azərbaycan bu prosesdə təşəbbüskar və məsuliyyətli tərəf kimi çıxış edir. Ölkənin mövqeyi açıq şəkildə sülhə, qarşılıqlı hörmətə, suverenliyə və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan münasibətlərin qurulmasına yönəlib. Atılan hər bir addımın məqsədi regionda davamlı sabitliyin təmin olunması, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və gələcək nəsillər üçün daha təhlükəsiz mühitin yaradılmasıdır.Müşahidə olunan bu proseslər artıq qarşıdurmadan əməkdaşlığa keçidin real başlanğıcı kimi qiymətləndirilə bilər. Əsas məsələ bu dinamikanın qorunub saxlanılması, əldə olunan nəticələrin möhkəmləndirilməsi və dialoq mühitinin davamlı xarakter almasıdır. Bu istiqamətdə atılan addımlar regionun gələcəyini müəyyən edən əsas amillərdən biri olacaq”.

Müəllif: Günay Hacıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Aprel 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri