Icma.az
close
up
RU
Azərbaycanın xarici siyasətində prinsipləri həmişə çox aydın olub ŞƏRH EDİLDİ

Azərbaycanın xarici siyasətində prinsipləri həmişə çox aydın olub ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Düşünürəm ki, İranla Azərbaycan münasibətləri artıq konstruktiv məcrada inkişaf etməkdədir. Azərbaycan səfirliyinin yeni ünvanda fəaliyyətə başlamasından sonra İranın yeni prezidenti Pezişkiyan, ümumiyyətlə İranla dünya ölkələri arasında, həmçinin Azərbaycan da daxil olmaqla region ölkələri arasında münasibətlərin inkişaf etdirilməsilə bağlı maraq ifadə edib. Ayrıca olaraq Azərbaycan dilindən sıx-sıx istifadə etməsi hesab edirəm ki, bunların hər biri ayrı-ayrılıqda pozitiv mənada düşündürən məqamlardır. İran prezidentinin müşavirinin Azərbaycan prezidenti ilə görüşü və müzakirə mühiti göstərir ki, Azərbaycanla İran arasında münasibətlərdə kifayət qədər inkişafa meyilli məqamlar mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bu iki ölkə çox mühüm bir regionda, böyük sərhədə malik olan qonşu ölkələrdir: “Birgə iştirak etdikləri çox mühüm strateji əhəmiyyətli layihələr mövcuddur. Nəzərə almaq lazımdır ki, Azərbaycanla İran arasında əhəmiyyətli nəqliyyat-kommunikasiya infrastrukturları qurulmaqdadır və Azərbaycan bu istiqamətdə xüsusi inkişaf edir. Rəşd-Astara dəmir yolu xətti, iki ölkə arasındakı əməkdaşlığın çox mühüm istiqamətini təşkil edir. Təbii ki, qonşu ölkələr arasında iqtisadi əməkdaşlığın şaxələndirilməsi, inkişaf etdirilməsi həm regional təhlükəsizlik baxımından, həm də hər iki ölkənin iqtisadi göstəricilərinin yüksəlməsi baxımından çox əhəmiyyətlidir”.

Politoloq qeyd edib ki, İran tərəfində də biz hesab edirik ki, bu istiqamətdə müsbət impulslar görməkdəyik: “Azərbaycanın xarici siyasətində prinsipləri həmişə çox aydın olub. Biz dünya dövlətlərinin hamısı ilə konstruktiv, bərabər hüquqluluq əsasında, bir-birilərinin daxili işlərinə qarışmamaq prinsiplərinin gözlənilməsi ilə münasibətlərin və əməkdaşlığın qurulmasında hər zaman maraqlı olmuşuq. Hər zaman tərəfdaşlarımızla səmimi olmuşuq və təşəbbüslərlə çıxış etmişik. Sözümüzə uyğun addımlar atmışıq, mövqe sərgiləmişik. Bu baxımdan sözsüz ki, Azərbaycanla bağlı heç bir problem yoxdur. Əgər İranda daxil olmaqla qarşı tərəfin istəyi, təşəbbüskarlığı olacaqsa, düşünürəm ki, münasibətlər kifayət qədər rəvan inkişaf edəcəkdir."

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Aprel 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see226

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see220

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see219

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see213

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see196

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see192

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see181

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see179

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see175

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see168

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see168

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see164

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see160

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see155

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see147

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see143

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri