Icma.az
close
up
RU
Azərbaycanın xoşbəxt gələcəyini təmin edən dahi şəxsiyyət

Azərbaycanın xoşbəxt gələcəyini təmin edən dahi şəxsiyyət

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

“Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır ”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bu gün Azərbaycan tarixinin ən böyük şəxsiyyətlərindən biri, dövlətçilik məktəbinin banisi, müstəqil respublikamızın memarı Heydər Əliyevin anım günüdür. Bu tarixi gün artıq illərdir təkcə xatirə və ehtiram ifadəsi deyil, həm də dövlətçilik iradəmizin, milli birliyimizin, qalibiyyət əzminin təcəssümünə çevrilib. Xüsusən də son beş ildə Azərbaycan xalqı özünü qalib xalq kimi dərk edir və bu qürurun kökündə məhz Ulu Öndərin uzaqgörən siyasəti, dövlətçilik fəlsəfəsi dayanır.

Bu gün müstəqil Azərbaycan dövləti böyük bir tarixi gerçəyi yaşayır: Heydər Əliyevin qoyduğu strategiya, qurduğu dövlət idarəçiliyi sistemi və milli ideya müasir dövrdə özünün ən parlaq nəticəsini verib. Azərbaycan xalqı müzəffər şəkildə öz torpaqlarını azad edib, yüz illərin ədalətsizliyinə son qoyub. Bu Zəfərin mənəvi başlanğıcı, ideoloji təməli, siyasi dayağı isə Heydər Əliyev dövründə formalaşmış güclü dövlətçilik sistemidir.

Ulu Öndər hələ 1990-cı illərin ən çətin, ən keşməkeşli günlərində Azərbaycanın gələcəyini düzgün oxuya bilmiş, milli müstəqilliyimizin əbədi və dönməz olması üçün tarixi addımlar atmışdı. O vaxt o siyasətin nə qədər zəhmət, iradə və risk tələb etdiyini hər kəs görürdü. Heydər Əliyevin uzaqgörənliyi idi ki, çoxları üçün ümidsiz görünən dövrdə belə ölkənin sabahına dair qəti və sarsılmaz inam yaratdı.

Bu gün Azərbaycan onun bu inamının bəhrəsini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Böyük Qələbə, dövlətimizin regionda və dünyada qazandığı nüfuz, torpaqlarımıza Böyük Qayıdışın reallığa çevrilməsi Heydər Əliyev siyasi xəttinin məntiqi davamıdır. Bu qələbə yalnız hərbi gücün deyil, həm də ideoloji birliyin, milli iradənin və yüksək dövlətçilik düşüncəsinin nəticəsidir.

Heydər Əliyev Azərbaycan xalqına bir amal miras qoydu: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu sözlər bu gün hər zamankından daha gur səslənir. Çünki bu fəxrin altında həm azad və müstəqil dövlət, həm dirçələn Qarabağ, həm də regionun liderinə çevrilmiş qüdrətli Azərbaycan dayanır.    

Ulu öndərimizin əbədiyyətə qovuşmasından 22 il ötür. Bu illər həm də xalqımız üçün sınaq illəri idi. Sevindirici haldır ki, ümummilli liderimizin siyasi kursu bu gün Azərbaycanın və regionun yeni praqmatik lideri İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilir. Yaradılmış möhkəm təməl üzərində Azərbaycan artıq daha yüksək zirvələri fəth etməklə, dünyanın ən önəmli dövlətlərindən biri kimi tanınmaqdadır.  

Ulu öndərin anım günü artıq təkcə bir xatirə günü deyil - Azərbaycan xalqının şərəf, qürur, birlik və dövlətçilik günü kimi yad edilir. Çünki bu gün biz yalnız bir lideri deyil, bir xalqın taleyini dəyişmiş, gələcək nəsillərin yolunu müəyyənləşdirmiş bir tarixi şəxsiyyəti anırıq. Bu gün biz qalib xalqıq. Bu gün biz Heydər Əliyevin müəyyən etdiyi yolu qalibiyyətlə davam etdiririk. Bu gün Azərbaycan öz ən parlaq dövrünü yaşayır. 

Ümummilli lider Heydər Əliyevin anım gününü hər il milyonlarla insan qeyd edir. Fəxri Xiyabanda bu dahi insanın məzarını ziyarət edənlərin ardı-arası kəsilmir.  Bu   gün xalq bir daha həmrəylik nümayiş etdirərək ulu öndərin ruhu qarşısında mənəvi borcunu ödəyir. Azərbaycanın xoşbəxt gələcəyini təmin edən dünyaşöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xatirəsi qəlblərdə əbədi yaşayacaq, onun müdrik siyasi kursu Azərbaycanı daim uğurlara doğru aparacaq. 

Nurəngiz ADİLQIZI

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Dekabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri