Icma.az
close
up
RU
Azərbaycanın yaşı 90 ı ötmüş akademikləri ARAŞDIRMA

Azərbaycanın yaşı 90 ı ötmüş akademikləri ARAŞDIRMA

Icma.az, Milli.az saytına istinadən bildirir.

Bu gün Azərbaycanda "Elm günü"dür. Prezident İlham Əliyevin 2018-ci il aprelin 9-da imzaladığı sərəncama əsasən, hər il 27 mart ölkədə "Elm günü" kimi qeyd olunur. "Elm Günü" Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradıldığı günə təsadüf edir. Azərbaycan SSR Xalq Komissarları Sovetinin "Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında" 1945-ci il 27 mart tarixli qərarı ilə ölkəmizdə Elmlər Akademiyasının təsis edilməsi rəsmiləşdirilib, onun Nizamnaməsi təsdiqlənib.

Hazırda AMEA-nın 56 həqiqi, 85 müxbir üzvü var. Akademiklərin 66 nəfərinin yaşı 80-i ötüb. Onlardan 24 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 22-si isə müxbir üzvdür.

Teleqraf yaşı 80-i ötmüş alimlərin siyahısını təqdim edir.

Azərbaycanın ən yaşlı akademiki AMEA-nın həqiqi üzvü Ömər Eldarovdur. Onun 98 yaşı var.

Eldarov Ömər Həsən oğlu 1927-ci il dekabrın 21-də Dağıstanın Dərbənd şəhərində anadan olub.

Leninqraddakı İ.E.Repin adına Rəngarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun Heykəltəraşlıq şöbəsini bitirib.

AMEA-nın müxbir üzvü Məsumə Məlikovanın 96 yaşı var. Məlikova Məsumə Fazil qızı 1929-cu il noyabrın 22-də Bakıda anadan olub.

Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

Akademiyanın həqiqi üzvü Əliyev Seyfəddin Vəli oğlunun 95 yaşı var. O, 1930-cu il mayın 30-da Naxçıvanın Şərur rayonunda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. Biologiya üzrə elmlər doktoru, professordur.

AMEA-nın müxbir üzvü Rafiq Qasımov da yaşı 90-nı keçənlər sırasındadır. 94 yaşlı Qasımov Rafiq Yunisəli oğlu 26 iyun 1931-ci ildə İrəvanda doğulub.

Azərbaycan Dövlət Universitetini bitib. Biologiya elmləri doktoru, professordur.

Digər müxbir üzv Mustafa Salahov da Rafiq Qasımovla həmyaşıddır. Belə ki, Salahov Mustafa Səttar oğlu 29 avqust 1931-ci ildə Bakı şəhərində doğulub.

Qorki Dövlət Universitetini bitirib.

Akademiyanın həqiqi üzvü Məmməd Salmanovun isə 93 yaşı var. O, 12 yanvar 1932-ci ildə İrəvan mahalının Zəngibasar bölgəsinin Qaraqışlaq kəndində anadan olub.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun məzunudur. Biologiya elmləri doktoru, professordur.

AMEA-nin müxbir üzvü Təhsin Mütəllimovun da yaşı 93-dür. Mütəllimov Təhsin Mütəllim oğlu 18 yanvar 1932-ci ildə Naxçıvan şəhərində anadan olub.

Bakı Dövlət Universitetini bitirib. Filologiya elmləri doktoru, professordur.

AMEA-nın həqiqi üzvü Arif Paşayevin 91 yaşı var. Paşayev Arif Mir-Cəlal oğlu 1934-cü il fevralın 15-də Bakı şəhərində anadan olub.

O, Odessa Elektrotexniki Rabitə İnstitutunun məzunudur. Fizika-riyaziyyat elmləri doktoru, akademikdir.

Akademiyanın həqiqi üzv Akif Əlizadənin də 91 yaşı var. Əlizadə Akif Ağa Mehdi oğlu 25 fevral 1934-cü ildə Bakıda anadan olub.

Azərbaycan Sənaye İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), Geoloji-kəşfiyyat fakültəsini bitirib. Geologiya-mineralogiya elmləri doktoru, professordur.

Akademiyanın müxbir üzvü Ramiz Qurbanov da 1934-cü ildə doğulanlar arasındadır. Qurbanov Ramiz Seyfulla oğlu oktyabrın 30-da Salyan şəhərində anadan olub. Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası), neft yataqlarının istismarı fakultəsini bitirib. Texnika elmləri doktoru, professordur.

AMEA-nın digər həqiqi üzvü Telman Əliyevin isə 90 yaşı var. 1935-ci il mayın 2-də Goranboyda doğulan T.Əliyev Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Texnika elmləri doktor, professordur.

AMEA-nın müxbir üzvü Bağırov Bağır Əli oğlunun da yaşı 89-dur. O, 1936-cı il 12 iyunda Masallıda dünyaya göz açıb.

Azərbaycan Sənaye İnstitutunu bitirib. (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti). Geologiya-mineralogiya elmləri doktoru, professordur.

Akademiyanın həqiqi üzvü Pərviz Məmmədovun isə 88 yaşı var. O, 12 yanvar 1937-ci ildə Bakıda dünyaya göz açıb.

Azərbaycan Dövlət Sənaye İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. Geologiya-mineralogiya elmləri doktoru, professordur.

AMEA-nın növbəti həqiqi üzvü Səfərova Zemfira Yusif qızının da 88 yaşı var. 10 iyun 1937-ci ildə Rusiyanın Kislovodsk şəhərində anadan olan akademik Ü.Hacıbəyli adına Bakı Dövlət Konservatoriyasını bitirib. Sənətşünaslıq doktorudur.

1937-ci ilin yanvarın 13-də doğulan AMEA-nın digər həqiqi üzvü isə Babayev Məhərrəm Pirverdi oğludur. Bərdədə anadan olan 88 yaşlı akademik Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakultəsini bitirib. Kənd təsərrüfatı elmləri doktorudur.

Müxbir üzv Calalov Qərib İsaq oğlu da yaşı 88 olanlar siyahısındadır. O, 1937-ci noyabrın 28-də Şəki rayonunun Baş Göynük kəndində doğulub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib.Texnika elmləri doktoru, professordur.

Məcidov Əjdər Əkbər oğlunun yaşı isə 87-dir. Akademiyanın həqiqi üzvü olan Ə.Məcidov 1938-ci il martın 6-da Bakıda anadan olub.

Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinin məzunudur. Kimya elmləri doktorudur.

Növbəti həqiqi üzv Mehdiyev Ramiz Ənvər oğlunun da 87 yaşı var. 1938-ci il aprelin 17-də Bakıda doğulan R.Mehdiyev Azərbaycan Dövlət Universitetini bitirib. Fəlsəfə elmləri doktoru, professordur.

Akademiyanın 87 yaşlı həqiqi üzvü Babazadə Vasif Məmməd Ağa oğlu 2 sentyabr 1938-ci ildə Bakıda doğulub. Azərbaycan Dövlət Universitetinin məzunudur. Geologiya-mineralogiya elmləri doktorudur.

AMEA-nın müxbir üzvü İmamverdiyev Sudeyf Bəşir oğlunun 87 yaşı var. O, 1938-ci il iyulun 2-də Astarada anadan olub. Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisasını bitirib. Tibb elmləri doktoru, professordur.

Akademiyanın həqiqi üzvü Rizayev Ramiz Həsən Qulu oğlunun yaşı isə 86-dır. O, 1939-cu il noyabrın 2-də Naxçıvan şəhərində anadan olub.

Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirib. Kimya elmləri doktoru, professordur.

Digər həqiqi üzvün də yaşı 86-dır. Belə ki, Mahmudov Yaqub Mikayıl oğlu 10 fevral 1939-cu ildə Şəkidə anadan olub.

Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin məzunudur. Tarix elmləri doktoru, professordur.

AMEA-nın növbəti həqiqi üzvü Vaqif Fərzəliyevin 86 yaşı var. O, 1939-cu il dekabrın 19-da Bakıda doğulub. Bakı Dövlət Universitetinin Kimya fakültəsibi bitirib. Kimya elmləri doktoru, professordur.

Yaşı 86 olanlar arasında akademiyanın həqiqi üzvü Təyyar Cəfərov da var. 1939-cu il iyulun 18-də Bakıda anadan olan akademik, Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinin məzunudur. Fizika-riyaziyyat elmləri doktorudur.

AMEA-nın müxbir üzvü Nuriyev Əli Xudu oğlu 1939-cu il iyunun 26-da Füzulidə doğulub. Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsini bitirib. İqtisad elmləri doktoru, professordur.

AMEA-nın həqiqi üzvü Ziyad Səmədzadənin isə 85 yaşı var. O, 1940-cı il iyunun 25-də Bakıda doğulub. Azərbaycan Dövlət Universitetinin məzunudur. İqtisad elmləri doktorudur.

Ağadadaş Əliyev də 85 yaşı olan həqiqi üzvlər arasındadır. O, 1940-cı il oktyabrın 16-da Bakıda doğulub. Neft və Kimya İnstitutunin Kimya istehsalının maşın və aparatları fakultəsinin məzunudur. Texnika elmləri doktoru, professordur.

85 yaşı olan həqiqi üzvlər arasında Abdinov Cavad Şahvələd oğlu da var. O, 5 yanvar 1940-cı ildə Ordubadda doğulub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin məzunudur. Fizika üzrə elmlər doktoru, professordur.

Müxbir üzv, 85 yaşlı Hüseynov Rauf Rüstəm oğlu isə 1940-cı martın 4-də Bakıda doğulub. Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. Fizika-riyaziyyat elmləri doktoru, böyük elmi işçidir.

AMEA-nın həqiqi üzvü Vəlixanlı Nailə Məmmədəli qızı 1940-cı il dekabrın 25-də Bakıda anadan olub. O, Bakı Dövlət Universitetinin məzunu, tarix elmləri doktoru, professordur.

Akademiyanın müxbir üzvü Muradov Şahbaz Musa oğlunun da 85 yaşı var. O, 1940-cı il avqustun 10-da Laçında doğulub.

Bakı Dövlət Universitetinin məzunu, iqtisad elmləri doktoru, professordur.

Nağıyev Tofiq Murtuza oğlu isə martın 4-ü, 1941-ci ildə Bakıda anadan olub. 84 yaşlı akademik Azərbaycan Dövlət Universitetinun məzunudur. Kimya elmləri doktoru və akademiyanın həqiqi üzvüdür.

Mehdiyev Məhəmməd Fərman oğlu da 84 yaşındadır. O, 1941-ci il oktyabrın 2-də Laçın rayonunun Təzəkənd kəndində doğulub.

Azərbaycan Dövlət Universitetinin mexanika fakültəsinin məzunudur. Fizika-riyaziyyat elmləri doktoru, professordur.

Növbəti 6 müxbir üzvün də 84 yaşı var.

Akademiyanın müxbir üzvü Araslı Nüşabə Həmid qızı 1941-ci ilin martın 25-də Bakıda anadan olub. Bakı Dövlət Universitetinin məzunu, filologiya elmləri doktoru, professordur.

AMEA-nın müxbir üzvü İmanov Qorxmaz Cahangir oğlu 17 aprel 1941-ci ildə Bakıda doğulub. Azərbaycan Dövlət Universitetinin məzunudur. İqtisad elmləri doktoru, professordur.

AMEA-nın müxbir üzvü Mehdiyeva Səlimə İbrahim qızı 1941-ci il mayın 21-də Naxçıvan şəhərində doğulub. Azərbaycan Dövlət Universitetinin məzunu, fizika-riyaziyyat elmləri doktoru, professordur.

Müxbir üzv Məmmədov Arif Məmməd oğlu, 29 oktyabr, 1941-ci ildə Bakıda doğulub. Rusiya Dövlət Dəniz Akademiyasının məzunu, Biologiya elmləri doktoru, professordur.

AMEA-nın müxbir üzvü Məmmədov Yaqub Cavad oğlu 1941-ci il martın 3-də Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulub. Azərbaycan Tibb Universitetini bitirib. Tibb elmləri doktoru, professordur.

Akademiyanın müxbir üzvü Qurbanov Maqsud Rüstəm oğlu 1941-ci il mayın 9-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarabağlar kəndində anadan olub.

Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. Biologiya elmləri doktoru, professordur.

Əliyev Rafiq Əziz oğlu da 83 yaşlı müxbir üzvlər siyahısında yer alıb. O, 1942-ci il fevralın 10-da Ağdamda doğulub.

Azərbaycan Sənaye İnstitutunun məzunu, (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Texnika elmləri doktoru, professordur.

Akademiyanın müxbir üzvü Qiyasi Cəfər Əli oğlu 1942-ci il martın 24-də Güney Azərbaycanın Ərdəbil şəhərində dünyaya göz açıb.

Azərbaycan Politexnik İnstitutunun (AZTU) məzunu, Memarlıq üzrə elmlər doktoru, professordur.

AMEA-nın həqiqi üzvü Ələkbərov Urxan Kazım oğlunun isə 82 yaşı var. O, 1943-cü il aprelin 28-də Bakıda doğulub. Azərbaycan Dövlət Universitetinin məzunu, biologiya elmləri doktoru, professordur.

Akademiyanın müxbir üzvü Cəfərov Valeh Cabbar oğlunun da yaşı 82-dir. O, 1943-cü il boyabrın 11-də Gədəbəy rayonunun Arıqıran kəndində doğulub. Neft və Kimya İnstitutunun məzunudur. Kimya elmləri doktoru, professordur.

Növbəti 82 yaşlı müxbir üzv isə Novruzov Vaqif Seyfəddin oğludur. O, 1943-cü il iyulun 1-də Quba rayonunun Rustov kəndində doğulub. Gəncə Dövlət Universitetinin biologiya fakultəsinin məzunu, Biologiya elmləri doktoru, professordur.

AMEA-nın müxbir üzvü Feyzullayev Əkpər Əkbər oğlunun yaşı 80-dir. O, 1945-ci il noyabrın 2-də Bakıda doğulub. Azərbaycan Neft və Kimya İnstitutu, Geoloji-kəşfiyyat fakültəsinin məzunudur. Geologiya-mineralogiya elmləri doktoru, professordur.

Azərbaycanın ən gənc akademiki isə Könül Bünyadzadədir.

O, 1974-cü ildə Ermənistanın Vardenis rayonunda anadan olub.

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Fəlsəfə elmləri doktorudur.

2017-ci ildə 43 yaşında AMEA-nın müxbir üzvü seçilib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Mart 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu tarixdə yerə METEOR YAĞACAQ Azərbaycandan da...

13 Avqust 2025 04:00see230

Pakistan ordusuna hücum: 9 əsgər həlak oldu

12 Avqust 2025 21:33see207

Nyu York birjasında təbii qaz bahalaşıb

13 Avqust 2025 08:53see155

Azərbaycan nefti bahalaşıb

12 Avqust 2025 09:20see150

Husilər PUA larla İsrailə zərbələr endiriblər

13 Avqust 2025 01:16see133

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see129

Şimali Koreyalılar kütləvi şəkildə Rusiyaya işləməyə göndərilir

12 Avqust 2025 21:16see127

Qarabağ UEFA reytinqində Azərbaycanın mövqeyini möhkəmləndirdi

13 Avqust 2025 10:21see126

Qarabağ qalibiyyətə LAYİQ KOMANDADIR Şkendiya nın baş məşqçisi

12 Avqust 2025 22:41see125

Şəfa Qəbələ toplanışında 3 sınaq matçı keçirəcək AÇIQLAMA

12 Avqust 2025 21:16see122

Norveç ilə İsveç arasında dağ dişi qaz zəminində münaqişə yaranıb

13 Avqust 2025 06:28see120

Liverpul dan A Seriyası klubuna 35 milyon avroluq təklif

13 Avqust 2025 00:53see119

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see119

Mərkəzi Gömrük Hospitalında təlim keçirilib

13 Avqust 2025 11:40see118

AZAL və “Gulf Air” arasında kod şerinq razılaşması imzalanıb

13 Avqust 2025 14:30see118

“Qarabağ”dan dördüncü qol Yenilənir

12 Avqust 2025 20:37see117

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see117

Talassemiyanın tam müalicəsi mümkündürmü? Həkimdən AÇIQLAMA

13 Avqust 2025 15:18see116

2025 ci ildə ən çox turist qəbul edən ölkələr SİYAHI

12 Avqust 2025 16:02see115

Rusiyanı tərk edən Puqaçovanın qonorarı yarıya endirilib...

13 Avqust 2025 18:34see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri