Icma.az
close
up
RU
Azərbaycanın yeddi idmançısı dopinq qadağaları siyahısında

Azərbaycanın yeddi idmançısı dopinq qadağaları siyahısında

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünya Anti-Dopinq Məcəlləsinə və Beynəlxalq Test Agentliyinin (ITA) İctimai Açıqlama Siyasətinə uyğun olaraq, antidopinq qaydalarını pozan şəxslərin siyahısı təqdim olunub. Siyahıda hazırda müvəqqəti uzaqlaşdırılan və ya müəyyən müddətə yarışlardan kənarlaşdırılan idmançıların adları yer alıb.

İdman.Biz xəbər verir ki, bu xülasə yalnız müvafiq beynəlxalq federasiyaların nəticələrin idarə edilməsi səlahiyyətinə malik olduğu halları əhatə edir. Digər antidopinq təşkilatları tərəfindən tətbiq edilən sanksiyalar bu siyahıda olmaya bilər, buna görə də məlumatlar tam yekun hesab edilməməlidir.

Siyahıda Azərbaycanın yeddi idmançısının adı var. Bodbildinqçilərimiz Aşur Abdullayev, Əhməd Quluzadə və Tərlan Əliyev qaydaları (anabolik androgenik steroidlərin mövcudluğu) 29 noyabr 2025-ci ildə pozub və barələrində müvəqqəti uzaqlaşdırma qərarı müvafiq olaraq 25-27 fevral 2026-cı il tarixindən qüvvəyə minib. Başqa bir bodbildinqçimiz Hidayət Quluzadə isə qaydaları (mesterolon metabolitinin və stanozolol metabolitinin mövcudluğu) 4 may 2025-ci ildə pozaraq 30 iyun tarixindən müvəqqəti uzaqlaşdırma cəzası alıb.

Qarışıq döyüş sənətləri üzrə idmançımız Nihad Fazil oğlu qaydaları (meldoniumun mövcudluğu) 22 iyun 2025-ci ildə pozub və müvəqqəti uzaqlaşdırma qərarı 21 iyul 2025-ci ildən qüvvəyə minib.

Samboçumuz Ramil Vəliyevin də adı həmin siyahıda yer alıb. O da qadağan olunmuş preparatdan istifadə və saxtakarlıqda ittiham edilib. Qayda pozuntusu 18 sentyabr 2022-ci ildə qeydə alınıb və həmin ilin 28 oktyabr ayından qüvvəyə minib. Cəza müddəti 27 oktyabr 2027-ci ildə bitəcək.

Cüdoçumuz Məhərrəm İmamverdiyevin qayda pozuntusu (torasemidenin mövcudluğu) isə 28 sentyabr 2025-ci ildə sənədləşdirilib və 3 noyabr tarixindən qüvvəyə minib. İdmançımızın yarışlarda iştirakı iki il müddətinə qadağan edilib və onun cəzası 2 noyabr 2027-ci ildə bitir.

ITA-dan verilən məlumata görə, bəzi işlər üzrə araşdırmalar hələ davam edir və həmin qərarlardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edilə bilər. Adları siyahıda olan şəxslərin hər hansı rəsmi yarışda və ya təşkilatçı qurumların fəaliyyətində iştirakı qadağan edilib. Onlar yalnız icazə verilən antidopinq təhsil və ya reabilitasiya proqramlarına qatıla bilərlər.

Məlumata görə, qadağalar həm beynəlxalq, həm də milli səviyyəli bütün idman tədbirlərinə, o cümlədən dövlət tərəfindən maliyyələşdirilən peşəkar liqalara şamil olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Aprel 2026 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri