Icma.az
close
up
RU
Azərbaycanın yeni dünya nizamında strateji mövqeyi ŞƏRH

Azərbaycanın yeni dünya nizamında strateji mövqeyi ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “World Economic Forum 2026” çərçivəsində “Euronews” televiziya kanalına verdiyi müsahibə ilə beynəlxalq ictimaiyyətə mühüm siyasi və strateji mesajlar ünvanlayıb. Müsahibə Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi, regionda sülh təşəbbüslərini, eləcə də ölkənin enerji və iqtisadi siyasətini əhatə edən fundamental məsələləri özündə birləşdirib.

Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, hazırkı qlobal siyasi reallıqlar beynəlxalq münasibətlərin mahiyyətində ciddi dəyişikliklərə səbəb olub və artıq dünya əvvəlki kimi hüquq və prinsiplər üzərində deyil, daha çox güc balansı üzərində formalaşır. Bu şəraitdə hər bir dövlət öz milli maraqlarını qorumaq üçün müstəqil siyasət yürütməli və strateji düşüncə nümayiş etdirməlidir. Azərbaycan da məhz bu prinsiplər əsasında balanslaşdırılmış və praqmatik xarici siyasət xətti aparır.

Dövlət başçısı Avropa strukturlarında Azərbaycanla bağlı səsləndirilən bəzi qərəzli mövqelərə də münasibət bildirərək vurğulayıb ki, Azərbaycan artıq bu cür yanaşmalara emosional reaksiya vermir. Ölkəmiz öz yolunu müəyyən edib və heç bir xarici təzyiq onun daxili və xarici siyasətinə təsir göstərə bilməz. Bununla yanaşı, Prezident Avropa Komissiyası ilə əməkdaşlığın konstruktiv əsasda davam etdiyini və qarşılıqlı maraqlara xidmət etdiyini qeyd edib.

Müsahibədə regionda sülh məsələsinə xüsusi yer ayrılıb. Prezident İlham Əliyev bildirib ki, Cənubi Qafqazda artıq yeni siyasi reallıq formalaşıb və Azərbaycan sülhün əsas təşəbbüskarlarından biridir. Azərbaycan-Ermənistan münasibətlərində qarşıdurma mərhələsi geridə qalır və tərəflər arasında davamlı sülhün təmin edilməsi üçün real imkanlar yaranır. Dövlət başçısı vurğulayıb ki, sülh yalnız sənədlərlə deyil, praktik əməkdaşlıq, iqtisadi inteqrasiya və qarşılıqlı etimad mühiti ilə möhkəmlənməlidir.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan roluna da toxunub. O qeyd edib ki, Azərbaycan bu gün etibarlı tərəfdaş kimi Avropa bazarına enerji tədarükünü genişləndirir və strateji layihələr vasitəsilə qlobal enerji xəritəsində mövqeyini daha da gücləndirir. Enerji sahəsində həyata keçirilən siyasət ölkənin iqtisadi müstəqilliyini təmin etməklə yanaşı, regional sabitliyə də mühüm töhfə verir.

Davosda keçirilən görüşlər və beynəlxalq biznes nümayəndələri ilə aparılan müzakirələr Azərbaycanın iqtisadi potensialına artan marağın göstəricisi kimi qiymətləndirilir. Prezident İlham Əliyev investisiya mühitinin yaxşılaşdırılması, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və Orta Dəhliz layihəsinin strateji əhəmiyyəti barədə ətraflı məlumat verib. Azərbaycan artıq təkcə enerji ölkəsi deyil, həm də regional ticarət və tranzit mərkəzi kimi çıxış edir.

Ümumilikdə, Prezident İlham Əliyevin Davosda “Euronews”a verdiyi müsahibə Azərbaycanın qlobal siyasətdə formalaşmış mövqeyini və artan nüfuzunu bir daha nümayiş etdirdi. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan yeni dünya nizamında öz yerini dəqiq müəyyən etmiş, milli maraqlara söykənən müstəqil və çevik siyasət yürüdən güclü dövlətdir. Bu müsahibə həm də Azərbaycanın beynəlxalq arenada söz sahibi olan aktor kimi çıxış etdiyini təsdiqləyən mühüm siyasi sənəd kimi dəyərləndirilə bilər.

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Yanvar 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri