Icma.az
close
up
RU
Azərbaycanın yeni geosiyasi statusu və strateji diplomatiya modeli ŞƏRH

Azərbaycanın yeni geosiyasi statusu və strateji diplomatiya modeli ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir beynəlxalq münasibətlər sistemində qlobal siyasi dinamikanın sürətlə dəyişdiyi, geosiyasi transformasiyaların yeni dünya düzəninə təsir göstərdiyi mürəkkəb bir mərhələdə dövlətlərin beynəlxalq platformalarda nümayiş etdirdiyi siyasi mövqe xüsusi strateji əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 4 may tarixində “Avropa Siyasi Birliyi”nin VIII Zirvə toplantısında videobağlantı formatında çıxışı yalnız diplomatik bəyanat deyil, həm də Azərbaycanın regional və qlobal siyasətdə artan rolunun, milli maraqlara əsaslanan xarici siyasət kursunun və müasir dövlətçilik fəlsəfəsinin konseptual təqdimatı kimi qiymətləndirilməlidir.

Hazırkı beynəlxalq siyasi şəraitdə Avropa məkanında təhlükəsizlik, enerji təminatı, regional əməkdaşlıq və geosiyasi sabitlik məsələləri qlobal gündəliyin əsas prioritet istiqamətlərindən birinə çevrilmişdir. Xüsusilə son illərdə beynəlxalq münasibətlər sistemində müşahidə olunan siyasi böhranlar, enerji təhlükəsizliyi ilə bağlı yaranan yeni çağırışlar və strateji kommunikasiya xətlərinin əhəmiyyətinin artması Avropa dövlətlərini daha çevik və praqmatik əməkdaşlıq modelinə yönəltmişdir. Belə bir mürəkkəb mərhələdə Azərbaycanın “Avropa Siyasi Birliyi” platformasında fəal iştirak etməsi ölkənin beynəlxalq nüfuzunun və diplomatik çəkisinin göstəricisi kimi xüsusi diqqət cəlb edir.Prezident İlham Əliyevin Zirvə toplantısındakı çıxışı ilk növbədə Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət konsepsiyasının ardıcıl şəkildə davam etdirildiyini nümayiş etdirdi. Dövlət başçısının çıxışında beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, regional əməkdaşlığın gücləndirilməsi, siyasi dialoq mühitinin qorunması və enerji təhlükəsizliyi məsələlərinin ön plana çıxarılması Azərbaycanın strateji dövlət maraqlarına əsaslanan siyasi kursunun mühüm istiqamətlərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.Müasir geosiyasi reallıqlar fonunda Azərbaycanın regional güc mərkəzi kimi mövqeyinin möhkəmlənməsi təsadüfi xarakter daşımır. Son illər həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində ölkəmiz Cənubi Qafqaz regionunda siyasi sabitliyin, iqtisadi inkişafın və strateji təhlükəsizlik mühitinin formalaşmasında mühüm aktora çevrilmişdir. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər də məhz Azərbaycanın regionda sülh və əməkdaşlıq təşəbbüslərinin əsas müəlliflərindən biri olduğunu nümayiş etdirdi.

Enerji diplomatiyası məsələsi çıxışın əsas strateji istiqamətlərindən biri kimi xüsusi diqqət çəkdi. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi qəbul edilir. Xəzər hövzəsinin zəngin enerji resurslarının beynəlxalq bazarlara çatdırılması istiqamətində həyata keçirilən transmilli layihələr ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artırmışdır. Dövlət başçısının çıxışında enerji əməkdaşlığının yalnız iqtisadi deyil, eyni zamanda siyasi sabitlik və strateji təhlükəsizlik baxımından mühüm faktor olduğu xüsusi vurğulandı. Müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi artıq klassik iqtisadi məsələ olmaqdan çıxaraq geosiyasi təhlükəsizlik komponentinə çevrilmişdir. Bu baxımdan Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan beynəlxalq enerji layihələri Avropa ilə Asiya arasında strateji əməkdaşlığın mühüm dayaqlarından biri hesab olunur. Prezident İlham Əliyevin Zirvə toplantısındakı çıxışı Azərbaycanın enerji siyasətinin praqmatik və uzunmüddətli strateji yanaşmaya əsaslandığını bir daha nümayiş etdirdi.Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm məqamlardan biri də regional sabitlik və dayanıqlı sülh məsələləri oldu. Dövlət başçısı regionda davamlı təhlükəsizlik mühitinin formalaşmasının yalnız qarşılıqlı hörmət, beynəlxalq hüquq prinsiplərinə əməl və konstruktiv siyasi dialoq vasitəsilə mümkün olduğunu vurğuladı. Bu yanaşma Azərbaycanın müasir diplomatiyasının əsas prioritetlərindən biri kimi çıxış edir.Qlobal siyasi sistemdə ikili standartların və geosiyasi maraq toqquşmalarının artdığı bir dövrdə Azərbaycanın prinsipial və müstəqil mövqeyi beynəlxalq platformalarda xüsusi hörmətlə qarşılanır. Prezident İlham Əliyevin siyasi liderlik modeli milli maraqların qətiyyətlə müdafiəsi, praqmatik diplomatiya və strateji uzaqgörənlik prinsiplərinə əsaslanır. Məhz bu siyasi kurs nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və məsuliyyətli dövlət imicini daha da möhkəmləndirmişdir.“Avropa Siyasi Birliyi”nin VIII Zirvə toplantısında çıxış həm də Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirilməlidir. Dövlətimizin beynəlxalq təşəbbüslərdə fəal iştirakı, çoxtərəfli əməkdaşlıq platformalarında mühüm rol oynaması və qlobal məsələlərə münasibətdə konstruktiv mövqe nümayiş etdirməsi ölkəmizin diplomatik imkanlarını daha da genişləndirir.

Müasir siyasi elmdə dövlətin beynəlxalq nüfuzu onun hərbi və iqtisadi gücü ilə yanaşı, diplomatik təsir imkanları, strateji təşəbbüskarlığı və siyasi etibarlılığı ilə də müəyyən olunur. Azərbaycan son illərdə həyata keçirdiyi çoxşaxəli xarici siyasət nəticəsində beynəlxalq sistemdə məhz belə bir etibarlı tərəfdaş modelini formalaşdırmağa nail olmuşdur.Prezident İlham Əliyevin Zirvə toplantısındakı çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız regional proseslərin iştirakçısı deyil, eyni zamanda yeni geosiyasi reallıqların formalaşmasına təsir edən mühüm siyasi aktordur. Dövlət başçısının irəli sürdüyü strateji mesajlar Azərbaycanın gələcək dövrdə də beynəlxalq əməkdaşlıq, enerji təhlükəsizliyi, regional sabitlik və siyasi dialoq istiqamətində fəal rol oynayacağını nümayiş etdirdi.

Müasir dövrün əsas geosiyasi reallığı ondan ibarətdir ki, beynəlxalq münasibətlər sistemində yalnız güclü iqtisadi və hərbi potensiala malik olmaq kifayət etmir. Dövlətlər eyni zamanda strateji düşüncə, çevik diplomatiya və milli maraqlara əsaslanan siyasi idarəetmə modeli ilə fərqlənirlər. Azərbaycan da məhz bu siyasi fəlsəfə əsasında regional liderlik mövqeyini daha da möhkəmləndirməkdə davam edir.

Anar Məmmədov,

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 May 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri