Icma.az
close
up
RU
Azərbaycanın yeyinti məhsulları üzrə ixracı 12% dən çox artıb

Azərbaycanın yeyinti məhsulları üzrə ixracı 12% dən çox artıb

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 485 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsullarının ixracı 12,3% artaraq 153,9 milyon ABŞ dollarına bərabər olub.

Bu barədə “APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) dərc etdiyi “İxrac icmalı”nın mart sayına istinadən xəbər verir.

Məlumata görə, cari ilin yanvar-fevral aylarında ixrac olunan qara metallar və ondan hazırlanan məmulatlar 66,9%, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 47%, alkoqollu və alkoqolsuz içkilər 10,2%, kimya sənayesi məhsulları 30%, çay 21,3%, alüminium və ondan hazırlanan məmulatlar 2,8% artıb.

2025-ci ilin yanvar-fevral aylarında aqrar məhsulların ixracı 9,5% artaraq 119,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı 17,7% artaraq 43 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 11,6% artaraq 162,8 milyon ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (40,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (36 milyon ABŞ dolları) ikinci, xurma (30,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin fevral ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (19 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (15 milyon ABŞ dolları) ikinci, pambıq (14,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Bildirilib ki, cari ilin ilk iki ayında Rusiya Federasiyasına 150,8 milyon ABŞ dolları, Türkiyəyə 82,8 milyon ABŞ dolları, Gürcüstana 52,9 milyon ABŞ dolları, İsveçrəyə 43,6 milyon ABŞ dolları, Ukraynaya isə 41,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2025-ci ilin fevral ayında Rusiya Federasiyasına 69,7 milyon ABŞ dolları, Türkiyəyə 45,7 milyon ABŞ dolları, Gürcüstana 26,5 milyon ABŞ dolları, İsveçrəyə 21,4 milyon ABŞ dolları, Ukraynaya isə 19,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://apa.az
archiveBu xəbər 02 Aprel 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri