Azərbaycanın yunan Roma güləşçilərinin toplanışına start verilib
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Azərbaycanın yunan-Roma güləşçilərinin toplanışına bu gün start verilib.
"Cebheinfo.az" Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, güləş üzrə millilər Avropa çempionatına hazırlığı davam etdirir.
Sərbəst güləş üzrə yığma geniş heyətlə Qubada təlim-məşq toplanışı keçir. Martın 19-da başlayan hazırlıq prosesi aprelin 2-dək davam edəcək. Quba Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda gənclərdən ibarət milli də iştirak edir.
Yunan-Roma və qadın güləşi üzrə yığmalar isə məsul yarışın son hazırlığını Bakıda – Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçir. Qadınların məşqləri martın 22-də start götürüb və aprelin 7-də yekunlaşacaq.
“Klassiklər” aprelin 9-dək hazırlığı davam etdirəcək.
Qeyd edək ki, Avropa çempionatı aprelin 7-dən 13-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 24 Mart 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















