Azərbaycanla Belçika ticarət və investisiya tərəfdaşlığını genişləndirir
Icma.az bildirir, Banco.az portalına istinadən.
Azərbaycanla Belçika ticarət və investisiya tərəfdaşlığının gücləndirilməsi məqsədilə birgə fəaliyyətin genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) xəbər verir.
Məlumata görə, bununla bağlı müzakirələr AZPROMO-da Belçika nümayəndə heyəti ilə görüşdə aparılıb.
Nümayəndə heyəti Belçikanın Azərbaycandakı səfiri Culyen de Frepo və Belçika-Azərbaycan Ticarət Palatasının sədri Stef Qoris ilə təmsil olunub.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı layihələr barədə məlumat verərək bu təşəbbüslərdə Belçika şirkətlərinin iştirak perspektivlərinə toxunub, həmçinin Azərbaycanın ixrac potensialı və Belçika bazarına çıxış imkanlarını qeyd edib.
Culyen de Frepo və Stef Qoris isə Belçikada Azərbaycan biznesi üçün əlverişli şərait yaratmaq, iş adamları arasında əlaqələri gücləndirmək, investisiya qoyuluşunu təşviq etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirildiyini bildiriblər.
Görüşün sonunda tərəflər qarşılıqlı səfərlərin və işgüzar missiyaların təşkil olunmasının əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından vacib olduğunu vurğulayıblar.
report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 21 Fevral 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















