Icma.az
close
up
RU
Azərbaycanla Britaniya arasında ticarət dövriyyəsində fərq məsələsinə aydınlıq gətirilib

Azərbaycanla Britaniya arasında ticarət dövriyyəsində fərq məsələsinə aydınlıq gətirilib

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Böyük Britaniyanın gömrük qurumu 2024-cü ildə Azərbaycana 3,8 mlrd. dollar dəyərində məhsul ixrac olunduğunu açıqlayıb. Bu isə Dövlət Gömrük Komitəsinin (DGK) eyni dövr üzrə açıqladığı Böyük Britaniyadan idxal rəqəmlərindən kəskin fərqlənir. Belə ki, DGK 2024-cü il üzrə sözügedən ölkədən idxalın 273 mln. dollar təşkil etdiyini açıqlayıb. Başqa sözlə, arada 3,5 mlrd. dollardan çox fərq yaranıb. Bəs, bu fərq nə ilə bağlıdır?

DGK məsələ ilə bağlı “APA-Economics”in sorğusunu cavablandırıb. Qurumdan qeyd edilib ki, iki ölkə arasında xarici ticarət dövriyyələrində yaranan fərqlərlə bağlı bəzi zəruri məsələlər nəzərə alınmalıdır.

Bildirilib ki, 2024-cü ildə Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən Böyük Britaniyadan Azərbaycana idxal olunmuş malların dəyəri 272.5 mln. ABŞ dolları təşkil etdiyi halda, www.comtradeplus.un.orgwww.worldstopexports.com səhifələrində yayımlanan məlumatlarda Böyük Britaniyadan Azərbaycana ixrac olunmuş malların dəyəri 3 mlrd. 829.6 mln. ABŞ dolları göstərilib. Dünya ölkələri tərəfindən xarici ticarətin gömrük statistikası BMT-nin Statistika Xidmətinin metodoloji göstərişləri əsasında beynəlxalq standartlara uyğun olaraq aparılır. Bu metodologiyaya əsasən xarici ticarət dövriyyəsində malların həcminin coğrafi bölgüsü idxala münasibətdə - malın mənşə ölkəsi üzrə, ixraca münasibətdə isə - malın təyinat ölkəsi üzrə aparılır. Qeyd olunan metodoloji prinsiplərə görə Azərbaycanın Böyük Britaniyadan idxal göstəriciləri həmin ölkə və digər ölkələrdən idxal olunmuş Böyük Britaniya mənşəli mallar əsasında formalaşır. Mənşə ölkəsini nəzərə almadan ötən il ərzində göndərən ölkə Böyük Britaniya olmaqla idxal olunan malların dəyəri 3 mlrd. 597 mln. ABŞ dolları təşkil edib, bu idxalın böyük hissəsinin mənşə ölkəsi Avstraliya, ABŞ, Meksika, Qazaxıstan və digər ölkələr olduğuna görə həmin ölkələrdən Azərbaycana idxal statistikasında qeydə alınıb.

DGK-dan əlavə edilib ki, ixrac və idxal qiymətləri arasında yaranan qiymət fərqləri (məsələn, nəqliyyat, sığorta və s.), ixrac və idxal üzrə hesabat ilinin fərqli olması (məsələn, bir ölkədən cari ilin sonuna təsadüf edən ixracın digər ölkədə növbəti ilin əvvəlində idxal olunaraq qeydiyyata alınması) və bu kimi digər amillər də xarici ticarət dövriyyələri arasında fərqin yaranmasına səbəb olur.

2024-cü il üzrə Azərbaycan Respublikasına Böyük Britaniyadan

idxal əməliyyatları haqqında məlumat

Statistik dəyər (mln. ABŞ dolları ilə)

Böyük Britaniyanın ixracı

Azərbaycanın idxalı (mənşə ölkəsi üzrə)

Azərbaycanın idxalı (göndərən ölkə üzrə)

Fərq (mənşə ölkəsi üzrə)

Fərq (göndərən ölkə üzrə)

3 829.6

272.5

3 597.0

-3 557.1

-232.6

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Aprel 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri