Icma.az
close
up
RU
Azərbaycanla Çexiya birgə SİLAH istehsal edə bilər

Azərbaycanla Çexiya birgə SİLAH istehsal edə bilər

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Çexiyanın baş naziri Andrey Babiş Azərbaycanda səfərdədir. Babişlə görüşdə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, "Biz Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir".
Azərbaycan-Çexiya hərbi əməkdaşlığı üçün hansı perspektivlər və resurslar var? Çexiya silahı Azərbaycan ordusunun silah arsenalının daha güclənməsində mühüm rol oynaya bilərmi?
Bizim.Media xəbər verir ki, hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “musavat.com”a bildirib ki, baş nazir Andrey Babişin Azərbaycana səfəri və Prezident İlham Əliyevin birgə istehsalla bağlı açıqlaması Bakı-Praqa xəttində hərbi-texniki əməkdaşlığın yeni mərhələyə keçə biləcəyini göstərir.
Bu əməkdaşlıq təkcə alış-satış deyil, texnologiya transferi və lokal istehsal baxımından da əhəmiyyətli perspektivlər vəd edir:
“Çexiyanın müdafiə sənayesi uzun illərdir postsovet ölkələri üçün cəlbedici olub, çünki həm NATO standartlarını, həm də sovet platformalarına uyğun modernizasiya həllərini paralel təklif edir. Çexiya hərbi sənayesi əsasən artilleriya sistemləri, zirehli texnika və sursat istehsalında ixtisaslaşıb. Məsələn, "Dana" və "Morana" tipli özüyeriyən haubitsalar kifayət qədər məşhurdur.
 

Bundan başqa Çexiya "Aero Vodochody – L-39NG" kimi təlim və yüngül döyüş təyyarələrinin istehsalçısıdır. Çexiya hərbi sənayesi tapança, avtomat və bu kimi atıcı silahlar sahəsində dünya bazarında tanınır. Eyni zamanda "Tatra Trucks" yüksək keçid qabiliyyətli hərbi yük maşınları və platformalar istehsal edir. Bu məhsulları istehsal edən şirkətlər həm hazır məhsul ixrac edir, həm də lokal istehsal və texnologiya paylaşımı modellərinə açıqdır.


Bu baxımdan Azərbaycan üçün əsas əməkdaşlıq istiqamətləri genişdir. Azərbaycan ordusunun arsenalında hələ də sovet mənşəli texnika müəyyən yer tutur. Çex şirkətləri bu texnikanın modernləşdirilməsi, elektronika, optika, atəş idarəetmə sistemləri ilə təchizi sahəsində ciddi təcrübəyə malikdir. Azərbaycan bu təcrübədən yararlana bilər”.
Ekspert həmçinin deyib ki, Çexiya artilleriya sistemləri və sursat istehsalında güclüdür. Birgə istehsal layihələri Azərbaycanın bu sahədə idxaldan asılılığını azalda bilər. Tatra tipli platformalar çətin relyeflər üçün uyğundur və Azərbaycan ordusunun mobil qabiliyyətini artıra bilər:
“Prezident İlham Əliyevin vurğuladığı “birgə istehsal” məsələsi alışdan daha dərin məna daşıyır. Burada texnologiya transferi, yerli mütəxəssislərin yetişməsi, ixrac potensialı, üçüncü ölkələrə satış imkanları da nəzərdə tutula bilər”.
R.Məhərrəmov onu da bildirib ki, Çexiya NATO üzvüdür. Azərbaycanın NATO üzvü olan ölkə ilə hərbi-sənaye sahəsində əməkdaşlığı perspektivdə yeni imkanlar açacaq:
“Ümumilikdə, Çexiya ilə əməkdaşlıq Azərbaycanın hərbi arsenalını keyfiyyət baxımından diversifikasiya etmək üçün faydalıdır. Bu, xüsusilə aşağı və orta texnologiyalı sahələrdə ciddi nəticələr verə bilər. Əgər birgə istehsal layihələri real sənaye bazasına çevrilərsə, bu, Azərbaycanın müdafiə sənayesində növbəti mərhələyə keçidi demək olar”.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Aprel 2026 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri