Icma.az
close
up
RU
Azərbaycanla Çinin ticarət dövriyyəsi daha sürətlə genişlənəcək

Azərbaycanla Çinin ticarət dövriyyəsi daha sürətlə genişlənəcək

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Ötən il Azərbaycanın xarici ticarətinin ümumi həcminin 7,9 faizi Çinin payına düşüb.

Bakıvaxtı.az rəsmi məlumatlara istinadla bildirir ki, Azərbaycanla Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,744 milyard dollar təşkil edib.

Maraqlıdır ki, Azərbaycan Çindən daha çox hansı məhsulları idxal edir?

İqtisadçı Pərviz Heydərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan Çindən əsasən qeyri-ərzaq məhsulları ixrac edir.

Onun sözlərinə görə, bura müxtəlif növ məhsullar, o cümlədən avtomobil, cihaz, mexaniki avadanlıq, mebel, toxuculuq, plastik mallar və digər məhsullar daxildir:

"Ölkəmizlə Çin arasında çox geniş, şaxəli iqtisadi və ticarət əlaqələri mövcuddur. Təsadüfi deyil ki, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşı sayılır. İdxalımızın təxminən 20%-ə yaxın hissəsi bu ölkənin payına düşür”.

Pərviz Heydərov: Çindən ölkəmizə elektromobillərin idxalı daha geniş xarakter alıb

Ekspert bildirib ki, pandemiya ilində Çindən idxal olunan diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulmuşdu. Son vaxtlar Çindən ölkəmizə elektromobillərin idxalı daha geniş xarakter alıb. Bununla yanaşı, ölkəmizdə digər ölkələrə tranzit üzrə keçən Çin məhsulları da mövcuddur.

İqtisadçının fikrincə, ümumilikdə bu ölkə ilə ticarət dövriyyəmiz getdikcə daha sürətlə genişlənəcək.

"Bunu həm ikitərəfli münasibətlərin və qarşılıqlı əlaqələrin inkişafı, həm də beynəlxalq ticarət münasibətləri və əlaqələrin gərginləşməsi şərtləndirəcək", - deyə Pərviz Heydərov qeyd edib.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Aprel 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see359

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see342

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see279

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see263

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see261

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see258

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see248

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see241

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see237

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see228

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see217

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see213

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see206

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see206

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see205

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see197

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see196

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see193

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see190

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri