Icma.az
close
up
RU
Azərbaycanla Ermənistan arasında sülh hər kəsə faydalı olacaq Səfir

Azərbaycanla Ermənistan arasında sülh hər kəsə faydalı olacaq Səfir

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Avropa İttifaqı və NATO-nun təsisçi üzvü kimi Belçika çoxtərəfliliyə, qanunun aliliyinə  eləcə də sülhü, davamlılığı və rifahı təşviq edən tərəfdaşlıqların qurulmasına sadiq qalır. Məhz bu bizim Azərbaycandakı işimizi istiqamətləndirir".

525.az xəbər verir ki, bunu Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepon Kral Günü münasibətilə keçirilən qəbul zamanı bildirib.

Səfir deyib ki, bir il əvvəl Belçika Baş nazirinin Bakıya ilk səfəri münasibətlərimizin tarixində mühüm mərhələ oldu. O vaxtdan bəri əməkdaşlığımız müxtəlif sahələrdə sıx şəkildə inkişaf edir. Xüsusilə, Belçika vətəndaşlarının tranziti zamanı və İranla hərbi qarşıdurma fonunda diplomatik heyətimizin təxliyəsində Azərbaycanın göstərdiyi dəstəyi vurğulamaq istəyirəm. Bu məsələdə  göstərilən yardıma görə Azərbaycan hakimiyyətinə bir daha təşəkkürümü bildirirəm".

Diplomat əlavə edib ki, Belçika Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirir:

"Eyni zamanda, biz  Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsini tam şəkildə dəstəkləyirik. Bu inkişaf edən münasibətlər əməkdaşlığın üstünlük təşkil etdiyini, bağlantıları nəzərdə tutan, açıq proqnozlaşdırıla bilən, sabit əlaqələri ehtiva edən daha böyük bir vizyonu əks etdirir". 

Səfir Bakı- Brüssel ikitərəfli münasibətlərində müsbət dinamikanı vurğulayıb.

Əlavə edib ki, xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələrin Belçika universitetlərinə üstünlük verməyə davam etməsindən çox məmnundur.
İqtisadi baxımdan isə Belçika şirkətləri dayanıqlı enerji, logistika, tikinti və liman kimi sahələrdə fəaliyyət göstərir.

Jülyen de Frepon qeyd edib ki, iki ölkə arasındakı münasibətlər daimi siyasi dialoq və insanlar arasında aktiv təmaslar üzərində qurulub ki, bu da hər iki cəmiyyətin zənginləşməsinə xidmət edir.

Səfir deyib ki  Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə razılaşma və son etimad quruculuğu tədbirləri regionda uzunmüddətli və dayanıqlı sülhün əsasını qoyur:

"Ermənistanla münasibətlərin qurulması istiqamətində son  qətiyyətli addımlara görə Azərbaycan rəhbərliyini təbrik etmək istəyirəm. Normallaşma sazişinin yekunlaşması,  razılaşdırma,  konkret nəqliyyat layihələri, eləcə də son dövrlərdə həyata keçirilən etimad quruculuq tədbirləri davamlı sülhün bərqərar olması baxımından təməl rolunu oynayır. Bu həm regionda, həm də regiondan kənarda hər kəsə faydalı olacaq".

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Noyabr 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri