Azərbaycanla ESCAP arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Icma.az, Report.az saytına istinadən bildirir.
Azərbaycanın BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasında (ESCAP) daimi nümayəndəsi, eyni zamanda ölkənin Tailanddakı səfiri Elçin Bəşirov Komissiyanın icraçı katibi Armida Salsiya Alişahbana ilə Bakı və ESCAP arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti bildirib.
“Azərbaycanın BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasında (ESCAP) daimi nümayəndəsi səfir Elçin Bəşirov ESCAP-ın icraçı katibi xanım Armida Salsiya Alişahbana ilə görüşüb. Görüşdə Azərbaycan və ESCAP arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib”, – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, Elçin Bəşirov ötən ilin iyulunda Cənub-Şərqi Asiya ölkəsində səfir təyin olunmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 15 Yanvar 2025 07:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















