Icma.az
close
up
RU
“Azərbaycanla güclü əlaqələri olan dövlətlər Balkan yarımadasında yerləşir” AÇIQLAMA

“Azərbaycanla güclü əlaqələri olan dövlətlər Balkan yarımadasında yerləşir” AÇIQLAMA

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qədim tarixi olan Makedoniya və Azərbaycan xalqı oxşar keçmişə, bənzər talelərə malikdirlər. Dünyada mürəkkəb tarixi yol keçmiş, bəşəriyyətə görkəmli sərkərdələr bəxş etmiş bu iki ölkə müəyyən dönəmlərdə müstəmləkə ölkəsi olaraq mücadilə aparıblar. Makedoniyalılar da azərbaycanlılar kimi 1990-ci illərdə müstəqillik qazandılar. Yuqoslaviya və SSRİ-nin dağılması nəticəsində Şimali Makedoniya ilə Azərbaycan müstəqil dövlət oldular. Bu gün Avropada Azərbaycanla ən yaxşı münasibətləri, güclü əlaqələri olan dövlətlər məhz Balkan yarımadasında yerləşir. Ölkələrimiz arasında güclü iqtisadi əməkdaşlıq digər sahələr üzrə də əlaqələrimizin inkişafına geniş imkanlar yaradır”. Bunu KİV-ə açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.Onun sözlərinə görə, Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub: “Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda Şimali Makedoniyaya təyin olunub. Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. 2000-ci ildə Şimali Makedoniya və Azərbaycan parlamentlərarası işçi qrupu yaradılıb və bu qrup hazırda uğurla fəaliyyət göstərir. Şimali Makedoniya Bakıda keçirilən COP29 sammitində ən fəal iştirak edən ölkələrdən biri idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COP29 konfransı çərçivəsində ötən il noyabrın 14-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb. Xanım Davkova sammitin mükəmməl təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirmişdi”.

Millət vəkili qeyd etdi ki, Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün böyük potensial vardır və Şimali Makedoniya Prezidentinin ikinci səfəri bu imkanları daha da genişləndirir:

“Xüsusilə də enerji sahəsindəki əməkdaşlıq, ötən ildən Şimali Makidoniyaya qaz ixracı, turizm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq yeni imkanların açılması deməkdir. Azərbaycan Balkan dövlətlərinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Avropa birjalarında təbii qazın qiymətinin 30 faiz artaraq 700 dollara yüksəlməsi bu bölgənin Azərbaycan qazına olan ehtiyacını daha da artırıb. Azərbaycan 2021-ci ilin iyulunda Avropa İttifaqı (Aİ) ilə imzaladığı müqaviləyə əsasən, 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının həcmini 30 milyard kubmetrə çatdıracaq”.

Prezident İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanata toxunan M.Vəliyeva bildirdi ki, imkanların mövcudluğuna baxmayaraq, bu günə qədər ölkələrimiz arasında ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib:

“Azərbaycan qazının artıq Şimali Makedoniya bazarına çatdırılması ciddi iqtisadi hadisədir. Bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. Onların böyük əksəriyyəti - 10-u Avropa ölkəsidir. Mədəniyyət diplomatiyasının gücünə inanan xanım Davkova humanitar sahədə də əməkdaşlığa xüsusi əhəmiyyət verir. Ölkəmizin mədəni dəyərləri ilə maraqlanır və bu yanaşmanı ölkəmiz yüksək dəyərləndirir. Şimali Makedoniya Prezidentinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunacaq XII Qlobal Bakı Forumunda iştirakı həm ölkəmizə göstərilən diqqətin, həm də Forumun əhəmiyyətinin göstəricisidir. Forum artıq dünya miqyasında layiqli yerini tuta bilib. Uzun müddət peşəkar siyasi fəaliyyətlə məşğul olmuş, beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışmış xanım siyasətçinin Bakıya səfəri, Forumda çıxışı və tələbələrlə görüşü yüksək qiymətləndirilməlidir. Qordana Silyanovska-Davkovanın martın 11-də ADA Universitetində tələbələrlə görüşdə həm Şimali Makedoniyanın, həm də Azərbaycanın yeni dünya düzənindəki mövqeyi, qarşılıqlı maraqları haqqında açıq çıxışları, tələbələrin suallarına ətraflı cavabları diqqətəlayiq idi. Azərbaycan gəncləri bu cür təcrübəli siyasətçilərdən bəhrələnməli, faydalanmalıdır. Xanım Qordana Silyanovska-Davkova səfər zamanı onu da qeyd etdi ki, Şimali Makedoniya Azərbaycanla diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqini ləğv edəcək, ölkəmizin mədəniyyətini öyrənməyə, elm və təhsil sahəsində əməkdaşlığı gücləndirməyə davam edəcəkdir. Sonda bir daha qeyd etmək istəyirəm ki, Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycan mədəniyyətinə rəsmi səfəri yaxın zamanlarda Bakı ilə Skopye arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini şərtləndirəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Mart 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see226

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see222

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see184

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see177

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see152

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see150

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see145

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see143

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see139

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see135

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see135

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see134

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see134

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see130

Luvr soyğunu ilə bağlı iki şübhəli saxlanıldı “Le Figaro”

26 Oktyabr 2025 15:29see127

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see127

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see127

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see126

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see126

Umar Nurməhəmədov Mario Bautista ilə döyüşdə yıxılmasının səbəbini izah edib

26 Oktyabr 2025 12:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri