Icma.az
close
up
RU
Azərbaycanla Gürcüstan arasında spesifik münasibətlər mövcuddur Deputat

Azərbaycanla Gürcüstan arasında spesifik münasibətlər mövcuddur Deputat

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini Azərbaycana etməsi iki ölkə münasibətlərinin yeni səhifəsi kimi səciyyələndirilməlidir. Çünki bundan əvvəl Gürcüstanın yeni seçilmiş Baş naziri də ilk səfərini Azərbaycana etdi. Bu, dost və qonşu Gürcüstanın Azərbaycanla  münasibətlərə verdiyi önəmin göstəricisidir”.

525.az-a bu barədə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər spesifik münasibətlərdir:

“Azərbaycan Prezidenti ADA Universitetindəki beynəlxalq forumda bu münasibətləri səciyyələndirərkən dedi ki, Gürcüstan-Azərbaycan münasibətləri dövlətlərarası və xalqlararası münasibətlərdir. Yəni, dövlətlərarası münasibətlər nə qədər inkişaf edirsə,  xalqlarımız arasında münasibətlər də bir o qədər dərinləşir. Düşünürəm ki, çox nadir ölkələr haqqında bunu ifadə etmək olar ki, paralel olaraq həm dövlətlərarası, həm də xalqlararası münasibətlər dərinləşir, inteqrasiya prosesi gedir. Bu, həm coğrafi şərtlərlə əlaqədardır, həm də mentalitetlə bağlıdır. Hesab edirəm ki, əsrlər boyu gürcü və Azərbaycan xalqlarının qonşu kimi bir yerdə yaşamaları iki xalq arasında ortaq dəyərləri də formalaşdırıb. Ona görə də Gürcüstan Prezienti də bu məsələyə toxundu və Gürcüstan-Azərbaycan münasibətlərini məhz xalqlarımızın mənafeyi nöqteyi-nəzərindən izah etdi”.

Deputat əlavə edib ki, bu, məsələnin bir tərəfidir. İkinci mühüm tərəf ondan ibarətdir ki, yeni reallıqlar Azərbaycan və Gürcüstan arasında yeni əməkdaşlıq imkanları yaradıbdır:

“Bu, kommunikasiyalarla bağlıdır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti forumda qeyd etdi ki, biz Gürcüstanla birlikdə Avropanın enerji təhlükəsizliyini təmin edirik. Yəni, Azərbaycanın enerji daşıyıcıları məhz Gürcüstan üzərindən Avropaya nəql edilir və bu əməkdaşlığın dərin perspektivi var. Düşünürəm ki, bütövlükdə bütün bunlar iki ölkə arasında münasibətlərin dərinləşməsinə xidmət edəcəkdir. Hər iki lider bu münasibətlərin daha da dərinləşməsi üçün Cənubi Qafqazda sabitiyin və sülhün bərqərar olmasından danışdılar. Ona görə də hesab edirəm ki, Gürcüstan da, Azərbaycan da sülhün əldə edilməsində olduqca maraqlıdırlar”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Aprel 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri