Icma.az
close
up
RU
“Azərbaycanla heç bir halda yuxarıdan aşağı baxmaqla danışmaq olmaz” MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycanla heç bir halda yuxarıdan aşağı baxmaqla danışmaq olmaz” MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Çox təəsüflə qeyd etmək istəyirəm ki, son dövrlərdə Rusiya tərəfindən Azərbaycana yönəlik bir aqressiya nümayiş etdirilməkdədir. Biz onsuz da dəfələrlə vurğulamışıq ki, ən azından son 200 il ərzində Azərbaycanın başına gələn bəlaların kökündə Rusiya amili olubdur. İstər Rusiya imperiya dönəmində olduğu dövrdə, istər SSRİ dönəmində Azərbaycana yönəlik bir ədalətsiz mövqe, işğalçılıq siyasəti yürüdülübdür, Azərbaycan əraziləri sovetlər dönəmində Azərbaycan ikiyə parçalanıb elə Rusiya -İran arasında bağlanmış 13 və 1828-ci il müqavilələri ilə Türkmənçay-Gülüstan müqavilələri ilə Azərbaycan işğal olunubdur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Arzuxan Əlizadə deyib.

Arzuxan Əlizadə sözlərinə belə davam edib: “1920-ci ildə də Azərbaycan Xalq Cümhuriyyəti işğala məruz qaldı, süquta uğradıldı. Burada da Rusiya amili var idi. 70 il ərzində Azərbaycanın 20 min kvadrat kilometrdən çox ərazisi Azərbaycanın razılığı olmadan Ermənistana peşkəş edilibdir. Repressiyalar, qanlar-qadalar bütün bunlar Rusiyanın Azərbaycana yönəlik siyasətinin nəticələridir.

O da sirr deyil ki, Qarabağ probleminin ümumiyyətcə kökündə Rusiya amili olubdur və Azərbaycan torpaqlarının işğala düşməsində 30 il ərzində işğal altında qalmasında ermənilər tərəfindən əslində burada da Rusiya amili var idi. Rusiyanın təsiri olmadan, Rusiyanın dəstəyi olmadan ermənilər bunu edə bilməzdilər. Nəhayətdə biz öz gücümüzə torpaqlarımızı işğaldan azad etdik və artıq Rusiya Azərbaycanla bərabər müstəvidə, bərabərhüquqlu müstəvidə danışmaq məcburiyyətindədir. Bunu da həzm eləyə bilmirlər.

Ötən ilin dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Rusiya hava məkanında Qroznu yaxınlığında vurulması məsələləri bir qədər də məsələni gərginləşdiribdir. Məsələ burasındadır ki, Azərbaycanın haqlı tələblərinə və artıq təyyarənin birbaşa Rusiya silahlı qüvvələri Rusiyanın hava hücumundan müdafiə sistemləri, raketləri tərəfindən vurulması sübut olunubdur. Bu qara qutuların emalı da ilkin hesabat da bunu deməyə əsas verir və Azərbaycan belə bir ortamda haqlı tələblər irəli sürübdür, tələblər də ondan ibarətdir ki qarşı tərəf Azərbaycandan üzr istəməlidir, həmçinin bu cinayət əməlini törətmiş və onun törədilməsinə qərar vermiş, əmr vermiş tərəf kimlərdisə şəxslər mütləq mənada cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmalıdırlar. Eyni zamanda Rusiya günahını etiraf etməklə həm Azərbaycan Hava Yollarına, həm də həmin sərnişin təyyarəsində həyatını itirən, eləcə də zərər görən şəxslərin özlərinə və ailələrinə təzminat ödəməlidir.

Təəssüflər olsun ki, hələ də Rusiya tərəfindən Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən bu haqlı tələbləri cavablandırılmır. Biz əvəzində Azərbaycana qarşı bir aqressiya, düşmən mövqe sərgilənməsinə şahidlik edirik. Bu Rusiya kütləvi informasiya vasitələri ilə, Rusiyanın bir sıra dırnaqarası siyasətçiləri, ictimai-siyasi xadimləri, hətta Rusiya Dumasının deputatları tərəfindən Azərbaycana qarşı təhqiramiz ifadələr səsləndirilir, bütövlükdə Azərbaycan xalqı təhqir olunur və Azərbaycanın haqlı mövqeyinə qarşı bu cür münasibət sərgiləməklə əslində Rusiya özünün düşmən mövqeyini növbəti dəfə göstərmiş olur.

Təbii ki biz bu münasibətə adekvat mövqe sərgiləməkdəyik. Bakıda fəaliyyət göstərən 10 il ərzində qanundan kənar Azərbaycan qanunlarına müvafiq olmayan formada fəaliyyət göstərən Rus Evi bağlanılıbdır. Azərbaycan strukturları tərəfindən məlum olur ki, bu Rus Evi 10 il ərzində Azərbaycan qanunvericiliyinə müvafiq olaraq nə dövlət qeydiyyatından keçməyib, nə də reyestrə daxil edilməyibdir və şübhəli məqamlar var. Onun 10 illik burdakı fəaliyyətində bu qurumun və bu elə bir ortamda baş verir ki, Rusiyanın Azərbaycanda səfirliyi var və o səfirlik üçün Bakının mərkəzində kifayət qədər geniş bir məkan ayrılıbdır. Rusiyanın fəaliyyət göstərmək imkanları var, Azərbaycanda həmçinin Rus İcması fəaliyyət göstərir və o icmanın başında Azərbaycan parlamentinin deputatı fəaliyyət göstərməkdədir, eləcə də digər postsovet məkanlarından ən azından Ermənistandan fərqli olaraq Azərbaycanda 300-dən artıq rusdilli məktəblər, ibtidai siniflər və tam orta məktəblər fəaliyyət göstərməkdədir və Azərbaycanda rusdilli və rus kökənli əhali tam olaraq Azərbaycanın digər millətləri ilə, Azərbaycanda yaşayan digər millətlərlə və Azərbaycan türkləri ilə eyni bərabərhüquqlu əsaslar əsasında yaşayırlar, işləyirlər, fəaliyyət göstərirlər. Yəni Azərbaycan hər zaman Rusiyaya normal dostluq, yoldaşlıq, qonşuluq münasibəti sərgiləyibdir. Amma təəssüflər olsun ki, qeyd elədiyim kimi həm arxaya baxsaq Rusiyanın Azərbaycana yönəlik düşmən mövqeyini görmüş olarıq. Eyni zamanda da hazırkı dönəmdə də Azərbaycana qarşı belə xoşagəlməz mövqe sərgilənməkdədir. Təbii ki bunun qarşılığı verilir.

Azərbaycanla heç bir halda yuxarıdan aşağı baxmaqla danışmaq olmaz. Azərbaycana belə mövqe sərgiləməklə nəyəsə nail olmaq, Azərbaycana təzyiq göstərməklə Azərbaycanı geri çəkilməyə məcbur eləmək mümkün olan məsələ deyil. Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Biz əslində bütün qonşularla normal münasibətlərin formalaşmasında maraqlı olduğumuzu bəyan etmişik və əməlimizlə də bunu dəfələrlə sübut etmişik. Yetər ki Azərbaycanla bərabərhüquqlu müstəvidə münasibətlər qurulsun. Əks halda təbii ki adekvat addımlar atılır və atılacaq və Rusiya tərəfi onu nəzərə almalıdır.

Onun fərqində olmalıdır ki, bugün Ukraynadakı müharibə ortamında Rusiya özünü demək olar ki bütün dünya dövlətləri ilə qarşı-qarşıya qoyubdur və yalnız Azərbaycan və qardaş Türkiyə Rusiya üçün bir nəfəslik rolu oynamaqdadır. Əgər bu nəfəsliyi də qapatmaq və özləri bir qapalı məkanda qalmaq və bunun acı nəticələrini görmək istəyirlərsə təbii ki Azərbaycana yönəlik bu düşmən mövqeyini sərgiləsinlər, yox əgər adekvat addımlar atacaqlarsa nəhayət ki Rusiya rəsmiləri bu Azərbaycana yönəlik aqressiv münasibətin qarşısını almaq istiqamətində addımlar atacaqlarsa bu təbii ki biz də qonşu dövlətlə normal münasibətlərin davam etməsində maraqlı olduğumuzu növbəti dəfə əyani surətdə göstərəcəyik. Əks halda, bir daha qeyd edirəm Azərbaycan adekvat addımlar atmaq hüququnu özündə saxlayır və bundan hesab edirəm ki, zərər çəkən hazırkı dönəmdə daha çox Rusiya özü olacaq”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Fevral 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see203

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see191

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see152

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see137

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see133

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see132

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see131

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see131

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see131

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see130

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see122

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see121

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri