Icma.az
close
up
RU
Azərbaycanla iki ölkə arasında vizanın ləğvi turizmdə nəyi dəyişəcək? AÇIQLAMA

Azərbaycanla iki ölkə arasında vizanın ləğvi turizmdə nəyi dəyişəcək? AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur. Bununla bağlı müvafiq qanun layihələri Milli Məclisin noyabrın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Bəs qanun qəbulu turizm sektorunda özünü necə göstərəcək? 

Bu barədə turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov Redaktor.az-a açıqlamasında bildirib ki, Azərbaycan artıq bir neçə ölkə ilə vizaları tamamən ləğv edib:

"Hətta keçən aylarda Çindən birtərəfli qaydada vizanın ləğv olunmasını da həyata keçirdik və bu, ölkələr arasında iqtisadi-siyasi yaxınlaşmanın da göstəricisidir. Eyni zamanda gələcəkdə də turizmdə qarşılıqlı gəliş-gedişlərin sayına müsbət təsir edən addımlardandır. Artıq noyabrın 29-da Milli Məclisdə müzakirəyə çıxarılacaq məsələ böyük ehtimal ki, müsbət mənada öz həllini tapacaqdır və hələ ki, xüsusi pasportlara, diplomatik nümayəndələrə aid olsa da, gələcəkdə bunun siyahısı daha da genişləndirilə bilər". 

C.Aşurovun sözlərinə görə, hazırda Səudiyyə Ərəbistanı üçün Azərbaycan bazarı maraqlıdır:

"Xüsusən də yay mövsümündə daha çox Körfəz ölkələrindən, eyni zamanda Səudiyyə Ərəbistanından qonaqlar ölkəmizə gəlirlər. İndoneziya ilə bağlı ciddi potensial var. Hətta İndoneziyanın Azərbaycandakı səfirliyi də bir neçə dəfə İndoneziyadan gələn turistlərin Azərbaycandan keçməsi ilə bağlı cəhdlər edib, bununla bağlı müxtəlif görüşlər keçirilib. İndoneziyadan milyonlarla insan İslam dini etiqadı ilə əlaqədar olaraq hər il ümrə ziyarəti həyata keçirir və onlar mütləq ya ziyarətdən öncə, ya da sonra müxtəlif İslam ölkələrində səyahət etməyi sevirlər. Bu qrupların da gələcəkdə Azərbaycan üzərindən keçməsi ehtimalları artır. Onlar kifayət qədər ciddi turist qruplarıdır və Azərbaycan da bir turizm məkanı kimi, həm də islami dəyərlərə malik olan bir dövlət kimi bu ölkələrdən də gələn turistlərin sayının artmasına kömək ola bilər".

Turizm eksperti qeyd edib ki, turistlər o ölkələrə daha çox səyahət edirlər ki, ora getmək asandır və bunun üçün çoxlu səbəblər var:

"Vizaların olmaması və ya rahat olması, yerində olması, birbaşa uçuş imkanlarının olması və yaxud daha əlverişli uçuş imkanlarının yaradılması kimi addımlar həmin ölkəyə turist axınının artmasına səbəb olur. Azərbaycan coğrafi olaraq çox əlverişli mövqedədir. Düşünürəm ki, bu kimi ilkin yaxınlaşmalar gələcəkdə qarşılıqlı vizaların bu ölkə vətəndaşları arasında daha da sadələşməsinə və yaxud da daha çox ölkələrlə viza rejiminin götürülməsinə xidmət edəcəkdir. Eyni zamanda ölkələrin bu cür yaxınlaşması turizm sektorunun canlanmasına öz töhfəsini verəcək".

Qeyd edək ki, hər iki dövlətin vətəndaşları üçün Azərbaycan tərəfindən sadələşdirilmiş viza rejimi tətbiq edilirdi.

Sevinc İBRAHİMZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Noyabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri