Icma.az
close
up
RU
Azərbaycanla İran arasında strateji əməkdaşlıq üçün maneə yoxdur Deputat

Azərbaycanla İran arasında strateji əməkdaşlıq üçün maneə yoxdur Deputat

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın qonşu dövlətlərlə münasibətləri xarici siyasətin prioritet istiqamətlərindəndir və bu münasibətlər regional sabitliyin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan balanslaşdırılmış siyasət apararaq qonşularla qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı dərinləşdirir. Ölkəmizin yerləşdiyi Cənubi Qafqaz bölgəsi strateji əhəmiyyətə malik olduğuna görə qonşu ölkələrlə sabit və qarşılıqlı faydalı münasibətlərin qurulması regional sabitlik və inkişaf üçün vacibdir. 

Türkiyə və Rusiya ilə müttəfiqlik, Gürcüstanla strateji tərəfdaşlıq mühüm əhəmiyyət kəsb edir. Həmçinin, İranla əlaqələrin möhkəmləndirilməsi və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxması üçün hər hansı maneə yoxdur. İki ölkə iqtisadi və nəqliyyat sahəsində əməkdaşlığı gücləndirməkdə maraqlıdır. Eyni zamanda sərhəd təhlükəsizliyi və regional sabitlik dialoqun əsas mövzularındandır.

Milli Məclisin deputatı Aydın Mirzəzadə "Unikal"a açıqlamasında bildirib ki, cənab Məsud Pezeşkianın Azərbaycana səfəri İranın dövlət başçısı kimi ilk rəsmi səfəri idi. Onun sözlərinə görə, İran Prezidenti səfərdən əvvəl də Azərbaycanla münasibətlərə böyük diqqət etdiyini, Azərbaycanla dostluq münasibətinin genişləndirilməsi niyyətini bildirmişdi:

"Səfərin nəticələri göstərdi ki, Azərbaycan-İran münasibətlərində yeni səhifə açılır. Tərəflər mehriban qonşuluq, əməkdaşlıq, regionda əmin-amanlığın, sülhün yaradılması istiqamətində birgə fəaliyyət göstərmək istəyirlər. İmzalanan sənədlər, verilən bəyanatlar göstərdi ki, hər iki ölkə əməkdaşlıq istiqamətlərini dərinləşdirməyə, bir çox məsələlərdə birgə mövqedən çıxış etməyə və strateji məsələlərdə birgə olmağa səy göstəririlər. Ümumilikdə, səfərin müsbət nəticələndiyini və hər iki tərəfin bundan sonra mehriban qonşuluq istiqamətində addım atacaqlarını söyləmək olar. İran Prezidenti Azərbaycanla strateji münasibətlər qurmaq istədiyini bildirdi. Onun bu çağırışı Azərbaycan tərəfindən müsbət qiymətləndirilir. Strateji əməkdaşlıq üçün artıq Azərbaycan və İran arasında hər hansı maneə yoxdur. İlk səfər yaxın qonşuluğun, dostluğun güclü təməlini qoydu. Bundan sonra əməkdaşlığın genişlənəcəyi və birgə fəaliyyətimizin hər iki ölkə üçün müsbət nəticələndiyini söyləmək olar. Hesab edirəm ki, Azərbaycan və İran birgə əməkdaşlıq etməklə, bir-birinin maraqlarına hörmətlə yanaşmaqla, mövqelərinin eyni olduğu nöqtələri axtarmaqla yaxın qonşuluq münasibətlərində dünya üçün nümunə ola biləcəklər. Əlaqələr təkcə dövlət başçısı səviyyəsində deyil, rəsmi dairələr, ictimai təşkilatlar, universitetlər, özəl subyektlər arasında da genişlənəcək. Bunun üçün siyasi iradə, maraq var. Bundan sonra tez-tez bu istiqamətdə atılan addımlar barəsində məlumatlar eşidəcəyik".

Deputat qeyd edib ki, Azərbaycan-İran münasibətlərinin inkişafı bölgənin təhlükəsizliyinə ciddi təsir edəcək: "O baxımdan ki, bölgənin aparıcı dövlətləri məhz Azərbaycan və İrandır. Harada ki, mehriban qonşuluq, ticarət, əməkdaşlıq var, orada təhlükəsizlik həmişə yüksək səviyyədə olur. Eyni zamanda Azərbaycan-İran əməkdaşlığı digər ölkələrlə birlikdə təhlükəsizlik zonasının daha da genişlənməsinə yönələ bilər. Azərbaycan vaxtilə üçtərəfli görüşlərin təşəbbüskarı olub. İndi bu üçtərəfli görüşlərdə İranın da iştirakı və bu görüşlərin dördtərəfli görüşlərə çevrilməsi varinatları yüksəkdir. Azərbaycanla İran öz mehriban qonşuluq münasibətləri ilə artıq regionda təhlükəsizliyin güclü təməlini qoymuş oldu".

Anar Kəlbiyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://unikal.az
archiveBu xəbər 30 Aprel 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri