Icma.az
close
up
RU
Azərbaycanla İsveç IOTA çərçivəsində daha səmərəli əməkdaşlıq etmək istəyir

Azərbaycanla İsveç IOTA çərçivəsində daha səmərəli əməkdaşlıq etmək istəyir

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli İsveçin Vergi Agentliyinin baş direktoru xanım Ketrin Vestlinq Palm ilə videokonfrans formatında görüş keçirib.

"Report" bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə ölkələrimiz arasında ikitərəfli iqtisadi münasibətlərin müxtəlif sahələrdə, o cümlədən vergi sahəsində uğurla inkişaf etdiyi bildirilib, görüşün əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından önəmi qeyd olunub. Qarşılıqlı əlaqələrin gücləndirilməsi sayəsində əldə edilmiş nəticələrdən məmnunluq ifadə edilib.

Görüşdə ölkəmizin IOTA-ya prezidentliyi dövründə müəyyən edilmiş hədəflərin reallaşdırılması müzakirə olunub. Tərəflər IOTA-nın fəaliyyətinin təkmilləşdirilməsinin uzunmüddətli strateji hədəflər və dayanıqlı prinsiplər əsasında həyata keçirilməsi üçün təklifləri nəzərdən keçirib, təşkilatın təşəbbüslərini vergi administrasiyalarının dəstəkləməsi, maliyyələşmə imkanlarını artırması və səmərəli mexanizmlərin rolu barədə fikirlərini bölüşüblər.

Görüşün davamında Dövlət Vergi Xidməti və İsveç Vergi Agentliyinin IOTA çərçivəsində əməkdaşlığının səmərəliliyinin artırılması istiqamətində təkliflər nəzərdən keçirilib. Birgə fəaliyyətin prioritet istiqamətləri, vergi orqanlarının beynəlxalq əlaqələrinin təşviqi sahəsində görülən işlər və perspektiv layihələr barədə müzakirələr aparılıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://report.az
archiveBu xəbər 02 Dekabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri