Icma.az
close
up
RU
Azərbaycanla Macarıstan səhiyyə sahəsində əməkdaşlığı genişləndirəcək AZƏRTAC

Azərbaycanla Macarıstan səhiyyə sahəsində əməkdaşlığı genişləndirəcək AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 17 yanvar, AZƏRTAC

Səhiyyə Nazirliyində Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində məhsuldar əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edib. Nazir bildirib ki, Azərbaycan ilə Macarıstan arasında səhiyyə sahəsində əməkdaşlıq beynəlxalq təşkilatlar, ilk növbədə Ümumdünya Səhiyyə Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilir: “Təhsil sahəsində də ikitərəfli əlaqələr dinamik inkişaf edir. Eyni zamanda, Azərbaycan Tibb Universitetinin Macarıstanın “Semmelweis” və “Pecs” universitetləri arasında fəal əməkdaşlıq mövcuddur”.

O, əczaçılıq sənayesinin dövrümüzün ən mühüm istiqamətlərindən biri olduğunu vurğulayaraq bu sahədə əlaqələrin dinamik inkişaf etdiyini diqqətə çatdırıb: “Tarixən Macarıstan əczaçılıq məhsulları keyfiyyətinə görə seçilib. Eyni zamanda, Azərbaycanda səhiyyə müəssisələrinin bir qismi Macarıstan istehsalı olan tibbi cihazlarla da təchiz olunub”.

Nazir gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Macarıstan səfiri əvvəlcə Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Dövlətlərarası əlaqələrin bütün sahələrdə, həmçinin səhiyyə sahəsində də yüksək səviyyədə olduğunu vurğulayan Tamaş Yojef Torma 2020-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumun imzalandığını qeyd edib. Son illər ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayan səfir tibb təhsili sahəsində də qarşılıqlı fəaliyyət üçün yeni imkanların yaradılmasını və gələcəkdə Macarıstanda tibb təhsili alan azərbaycanlı tələbələrin sayının artması üçün real imkanlar olduğunu bildirib.

Görüş zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan-Macarıstan əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları, həmçinin dərman və digər əczaçılıq məhsulları sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri