Azərbaycanla Malayziya arasında ali təhsil sahəsində anlaşma memorandumu imzalanacaq
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan və Malayziya arasında ali təhsil sahəsində anlaşma memorandumunun imzalanması üzrə işlər aparılır.
Gununsesi.info xəbər verir ki, bu barədə Malayziyanın Müstəqillik Günü münasibətilə Bakıda keçirilən qəbulda Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev danışıb.
Nazir vurğulayıb ki, iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq getdikcə güclənməkdədir:
“Sözügedən proqram təqaüd verilməsini, tələbə və müəllim mübadiləsini əhatə edir. Hazırda Azərbaycanın təhsil sahəsində prioritetlərindən biri də Azərbaycanda təhsil alan xarici tələbələrin sayının artmasıdır. Bu gün Malayziyadan olan 5 tələbə Azərbaycanda təhsil alır, onlardan 2 nəfər Heydər Əliyev Beynəlxalq Təhsil qrantı əsasında təhsil alır. İnanırıq ki, daha çox Malayziyadan olan tələbə Azərbaycanda təhsilə maraq göstərəcək. Təqribən 50 nəfər Azərbaycan vətəndaşı isə Malayziyada təhsil alır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 21 Oktyabr 2025 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















