Icma.az
close
up
RU
Azərbaycanla Meksika diaspor sahəsində əməkdaşlıq edəcək

Azərbaycanla Meksika diaspor sahəsində əməkdaşlıq edəcək

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sərhədlərimizdən kənarda yaşayan soydaşlarımız, Azərbaycan icmaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir.

XQ xəbər verir ki, Azərbaycan dövləti dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması istiqamətdə fəaliyyətini davam etdirməkdədir. 

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu diaspor siyasətinin mühüm nəticəsidir ki, Azərbaycan dövləti ilə xaricdə yaşayan soydaşlarımız arasında, eləcə də icmalar daxilində əlaqələr daha da intensivləşib, koordinasiyalı fəaliyyət geniş vüsət alıb.

Azərbaycan dövlətinin siyasətinə uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi çoxyönlü layihələr həyata keçirir, xaricdəki Azərbaycan Evlərinin, Koordinasiya Şuralarının, həftəsonu məktəblərinin fəaliyyətlərini dəstəkləyir, Azərbaycan icmalarının qayğıları ilə maraqlanır, onlara bütün mümkün köməklikləri göstərir.

Komitənin fəaliyyət istiqamətlərindən biri də xarici ölkələrin aidiyyəti dövlət orqanları, rəsmi qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsidir.

Son illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin Rumıniyanın Xaricdəki Rumınlarla İş üzrə Nazirliyi (2018), Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (2018), Qırğızıstanın Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi 2024), Qırğızıstanın Xalq Assambleyası (2023), elə də komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi (2019), “Macar-Turan” Beynəlxalq Fondu (2024) ilə imzalanan anlaşma memorandumları diaspor sahəsində beynəlxalq miqyaslı əməkdaşlıqların əməli nümunəsidir.

Ölkəmizin diaspor sahəsində növbəti əməkdaşlığı Meksika ilə qurulmaqdadır. Dünyada geniş yayılan diasporlardan sayılan meksikalıların yaşadıqları ölkələrin iqtisadi, siyasi və mədəni həyatında təsirləri hiss olunandır və yerli cəmiyyətlərə sürətlə inteqrasiya edirlər.  Bu baxımdan xaricdə yaşayan azərbaycanlı və meksikalı icmaların dəstəklənməsi və onlara kömək göstərilməsi, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq mexanizmlərinin yaradılması olduqca əlamətdar hadisədir.

Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi və Xaricdə Yaşayan Meksikalılar İnstitutu (XME) vasitəsilə Meksika Birləşmiş Ştatlarının Xarici İşlər Nazirliyi arasında imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, iki ölkə arasında əlaqələrin intensivləşdirilməsinə mühüm töhfə verəcəkdir.

Memorandumun məqsədi yuxarıda da qeyd etdiyimiz kimi xaricdə yaşayan azərbaycanlı və meksikalı icmaları dəstəkləmək və onlara kömək göstərmək üçün qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq mexanizmləri yaratmaqdır.

Bunun üçün Azərbaycan və Meksika tərəfləri məsləhətləşmələr, məlumat, təcrübə və sənəd mübadiləsi aparacaq, birgə təlimlər təşkil edəcəklər.

Anlaşma Memorandumunda hüquq və azadlıqların, habelə milli mədəni dəyərlərin qorunmasının, cəmiyyətə inteqrasiyanın, habelə xaricdə yaşayan milli icmaların mədəni irsinin tanınmasının vacibliyi qeyd olunur. Müasir dünyada qloballaşma prosesinin inkişafında və sivilizasiyalararası dialoqun genişlənməsində milli icmaların və diasporun artan rolu təsdiqlənir. Hər iki ölkənin hökumətlərinin daxildə və xaricdə öz vətəndaşlarının xeyrinə həyata keçirdikləri təşəbbüslər vurğulanır.

Müxtəlif ölkələrdəki soydaşlarımızın və Azərbaycan icmalarının yaşadıqları cəmiyyətlərdəki mövqelərinin gücləndirilməsi məqsədilə komitənin gələcək beynəlxalq əməkdaşlıq arealının genişləndirilməsi nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see379

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see322

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see317

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see289

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see288

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see272

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see271

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see266

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see261

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see254

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see251

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see250

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see242

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see237

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see236

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see231

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see231

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see224

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see206

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri