Azərbaycanla münasibətlər ABŞ nin prioritetləri sırasındadır Dövlət Departamenti
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ ilə Azərbaycan arasında münasibətlər Birləşmiş Ştatlar üçün əsas prioritetlərdən biridir.
"Report"un məlumatına görə, bu barədə ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda birinci Azərbaycan-ABŞ iqtisadi dialoqu çərçivəsində keçirilən mətbuat konfransında bəyan edib.
"ABŞ və Azərbaycan arasındakı münasibətlər Birləşmiş Ştatlar və Tramp administrasiyası üçün əsas prioritetlərdən biridir, çünki biz Cənubi Qafqaz regionunda yeni sülh dövrü açmağa çalışırıq", - o bildirib.
Orr səmimi qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə və iqtisadiyyat naziri Mikayıl Cabbarova, eləcə də bütün Azərbaycan nümayəndə heyətinə minnətdarlığını bildirib.
"Münasibətlərimiz fəal şəkildə inkişaf edir və bu, yalnız başlanğıcdır. Səfərim zamanı Azərbaycana investisiya qoyan ABŞ şirkətlərinin nümayəndələri ilə ünsiyyətdə oldum və gələcəkdə ölkədə biznesin daha da genişləndirilməsi üçün mövcud imkanlar barədə eşitdim", - o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 02 İyun 2026 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















