Azərbaycanla Qəmər Adaları İttifaqı arasında münasibətlər müzakirə olunub
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
19 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qəmər Adaları İttifaqının maliyyə, büdcə və bank sektoru naziri cənab Moussa Abderemane ilə görüş keçirib.
XİN-dən verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Qəmər Adaları İttifaqı arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər xüsusilə beynəlxalq təşkilatlar və platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Azərbaycanın beynəlxalq təşkilatlar daxilində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda fəal rolu vurğulanaraq, qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyəti qeyd edilib. Xüsusilə, 2027-ci ildə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib.
Tərəflər həmçinin Cənub-Cənub əməkdaşlığı çərçivəsində inkişaf edən əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər. Azərbaycanın bu platforma daxilində az inkişaf etmiş ölkələr ilə əməkdaşlığın təşviqi istiqamətində səyləri yüksək qiymətləndirilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 19 İyun 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















