Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi 8,5 dəfə artıb
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“2025-ci ildə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında ticarət dövriyyəsi 1 milyard 765 milyon dollar olub. Bu, əvvəlki illə müqayisədə 53 faiz artım deməkdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin 13 oktyabr tarixli iclasında “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər dinamik inkişaf edir. Onun sözlərinə görə, son beş ildə Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi 8,5 dəfə artaraq 77,2 milyon dollara çatıb.
Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında ticarət dövriyyəsi 1 milyard 150 milyon dollar təşkil edib. 2025-ci ildə qeydə alınan artım isə region ölkələri ilə iqtisadi əlaqələrin genişləndiyini göstərir.
Deputat beynəlxalq yükdaşımalar sahəsində əməkdaşlığın da əhəmiyyətinə toxunub. O bildirib ki, 2025-ci ildə Azərbaycanla Mərkəzi Asiya arasında daşınan yüklərin həcmi 10 faiz artıb, 2026-cı ilin ilk səkkiz ayı üzrə isə 20 faizlik artım gözlənilir.
Vüqar Bayramov, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçiriləcək yeddinci zirvə toplantısının əhəmiyyətindən danışıb. O xatırladıb ki, Azərbaycan 2024-cü ildən etibarən bu platformaya sədrlik edir. Qırğızıstanın da üzv olduğu qurumda 28 dövlət təmsil olunur, daha 10 ölkə müşahidəçi statusuna malikdir.
Onun fikrincə, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi ölkənin regional mövqeyinin güclənməsinə xidmət edir.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 13 Oktyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















