Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər müzakirə olundu
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Rusiyanın Avropa ölkələrində akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.
"Ölkə.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və s. aspektləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Nazir Azərbaycan-Rusiya münasibətlərinin inkişafında intensiv qarşılıqlı səfər və təmasların rolunun əhəmiyyətini vurğulayıb.
Görüş iştirakçıları qəbula görə təşəkkür edib və ölkəmizin xarici siyasəti ilə bağlı onları maraqlandıran sualları ünvanlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 05 İyun 2025 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















