Azərbaycanla Serbiya arasında əməkdaşlıq əlaqələri genişləndiriləcək Bayramov
Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan və Serbiya enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələri, təhsil, elm, mədəniyyət, turizm kimi sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirəcək.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya xarici işlər naziri Marko Curiç ilə birgə mətbuat konfansında deyib.
"Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri mövcud potensialı əks etdirməməsinə baxmayaraq, biz bu istiqamətdə daim işləyirik. Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində mütəmadi görüşlər keçiririk. Enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələri, təhsil, elm, mədəniyyət, turizm bu mənada genişləndirəcəyimiz ikitərəfli əməkdaşlıq sahələridir",- Bayramov qeyd edib.
Nazir vurğulayıb ki, Azərbaycan ilə Serbiya arasında əlaqələr qarşılıqlı yüksək səviyyəli səfərlərin dinamizmi, mükəmməl siyasi dialoq, zənginləşən parlamentlərarası əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində faydalı qarşılıqlı fəaliyyət, perspektivli iqtisadi əməkdaşlıq, eləcə də mədəni-humanitar mübadilələr ilə müşayiət olunur:
"Qarşılıqlı yüksək səviyyəli səfərlər ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Bu gün beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizə böyük dəstəyimiz var. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi iqlim diplomatiyası sahəsində də əməkdaşlıq üçün yeni imkanlaryaradılıb. Əminik ki, Serbiyada keçiriləcək "EXPO-2027" Sərgisi də xalqlarımız arasında tərəfdaşlığın inkişafına öz töhfəsini verəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 23 Dekabr 2024 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















