Icma.az
close
up
RU
Azərbaycanla ŞKTC arasında əlaqələr durmadan inkişaf edir

Azərbaycanla ŞKTC arasında əlaqələr durmadan inkişaf edir

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.


1 Fevral 2025-ci il tarixdə Kipr-Azərbaycan Dostluq Cəmiyyəti, Heydər Əliyev adına Beynəlxalq Mədəniyyət Mərkəzində təşkil olunan tədbirə ŞKTC Prezidenti Ərsin Tatar, Türkiyə səfiri Yasin Əkrəm Sərin, Azərbaycan Milli Məclisinin deputatları Anar İsgəndərov və Jalə Əliyeva, Mətbuat Şurasının sədri Rəşad Məcid və digər qonaqlar qatılıb.


Missiya.Az xəbər verir ki, tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Türkiyə ilə Azərbaycanın dövlət himnlərinin oxunması ilə başlayıb.

Qonaqları salamlayan cəmiyyət sədri Orxan Həsənoğlu Prezident Ərsin Tatarın mərkəzə 9 dəfə ziyarət etdiyini diqqətə çatdırıb. Azərbaycanla ŞKTC arasında əlaqələrin hər keçən gün inkişaf etdiyini bildirən Həsənoğlu qeyd edib ki, ölkənin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi qismində daxil olması türk respublikaları arasında əməkdaşlığın artacağına ümid yaradır.

"Biz bu günə qədər Qarabağın işğal faktına yönəlmiş tədbirlər keçirir, uğradığımız haqsızlıqları dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edirdik. Ancaq rəşadətli ordumuz cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxillik işğalı sonlandırdıqdan sonra diqqətimizi türk dünyasının başqa bir yarasına - Kipr yarasına yönəldirik. Bütün səylərimizi birləşdirərək Şimali Kipr Türk Cümhuriyyətinə edilən haqsızlıqları hayqırmağa davam edirik. Türk respublikalarından başlayaraq bütün dünyaya ŞKTC-nin varlığının qəbul etdiriləcəyinə ümid edirik. Onu da arzulayırıq ki, bir gün Azərbaycanın da burada səfirliyi olacaq", - deyə Həsənoğlu vurğulayıb.

Türkiyə səfiri ölkəsinin ŞKTC ilə münasibətləri barədə danışıb. Səfir ŞKTC-nin TDT-də müşahidəçi qismində təmsil olunmasının əhəmiyyətini qeyd edərək Azərbaycan Prezidenti İlham Əliyevin "kiprli qardaşlarımızın yanında olacağıq" açıqlamasını xatırladıb, onun qətiyyətli siyasətinin önəmindən bəhs edib.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar çıxışına qonaqları salamlayaraq başlayıb. Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Avropada məskunlaşmış türkləri ölkədə görməkdən məmnunluq duyduğunu dilə gətirən prezident qeyd etdiyi ölkələr arasında münasibətlərin qurulması və inkişafı üçün diplomatik təmasları davam etdirdiyini bildirib.

O, Kiprdə ikidövlətli həll istiqamətində addımlar atdığını diqqətə çatdırıb. Prezident türk dünyasında əlifba və dil birliyinin möhkəmlənməsi ilə gələcək nəsillərin iqtisadi, ticarət, mədəni və milli bağlarının inkişaf edəcəyinə inandığını ifadə edib.

Tədbirdən sonra qonaqlar ŞKTC-nin tarixi abidələrini və mədəni məkanlarını ziyarət ediblər.
 

 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://missiya.az
archiveBu xəbər 03 Fevral 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri