“Azərbaycanla sülh Ermənistandakı seçkilərlə qanuniləşib” KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan 2025-ci ildə Azərbaycanla imzalanan sülhün 2026-cı il parlament seçkilərində Ermənistan xalqının seçimi və səsi ilə qanuniləşdirildiyini bildirib.
KONKRET.az armenpress-ə istinadla xəbər verir ki, o, Milli Məclisdə Ermənistan Respublikasının ötənilki dövlət büdcəsinin icrası ilə bağlı illik hesabatı təqdim edərkən bu mövzuya toxunub.
Paşinyanın sözlərinə görə, 2025-ci ildə Ermənistan və Azərbaycanın sülh müqaviləsi layihəsi və dövlətlərarası münasibətlərin qurulması, eləcə də layihə üzrə razılaşma barədə danışıqlar böyük əhəmiyyətə malik hadisələrdir.
O qeyd edib ki, bu hadisə 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və təşəbbüsü ilə sülhün bərqərar olmasına imkan verib:
“Biz sülhü bərqərar etdik və mahiyyət etibarilə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münaqişə başa çatdı”.
Baş nazir vurğulayıb ki, 2026-cı il parlament seçkilərinin nəticələri Ermənistan xalqının sülh gündəliyini dəstəklədiyini təsdiqləyib:
“Ermənistan Respublikası xalqı sülh tərəfdarıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 16 İyun 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















