Icma.az
close
up
RU
Azərbaycanla sülh prosesi Türkiyə ilə müqayisədə daha sürətlidir Rubinyan

Azərbaycanla sülh prosesi Türkiyə ilə müqayisədə daha sürətlidir Rubinyan

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

“Mən etiraf etməliyəm ki, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesi Ermənistan ilə Türkiyə arasında normallaşma prosesini qabaqlayır və bu yaxşıdır, lakin düşünürəm ki, daha böyük irəliləyiş əldə etmək üçün tarixi imkanımız var. İrəvan və Ankara arasında münasibətlərin normallaşması prosesində biz bu imkandan istifadə etməliyik”.

Modern.az xəbər verir ki, bunu mayın 5-də “İrəvan dialoqu – 2026” beynəlxalq konfransında Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan bildirib.

Onun sözlərinə görə, yaxşı xəbər ondan ibarətdir ki, Ermənistan ilə Azərbaycan arasında münasibətlər yaxşılaşır, baxmayaraq ki, ötən ilin avqustuna qədər ölkələr arasında münaqişə mövcud idi.

O əlavə edib ki, o vaxtdan bəri bir çox gözlənilməz hadisələr baş verib: artıq iki ildən çoxdur ki, Ermənistan–Azərbaycan sərhədində heç bir əsgər və ya hərbçi həlak olmayıb.
“Bundan əlavə, ötən payızdan etibarən Azərbaycan dəmir yolu tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb ki, bu da Cənubi Qafqaz regionu üçün böyük irəliləyişdir, çünki təxminən üç onillik idi ki, qatarlar Azərbaycan üzərindən Ermənistana getmirdi. Biz həmçinin Azərbaycanla birbaşa ticarətə başlamışıq. Ermənistan artıq Azərbaycandan neft məhsulları idxal edir. Bu da əvvəllər təsəvvürəgəlməz idi və qarşılıqlı biznes təşəbbüslərinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılır”, - deyə Rubinyan qeyd edib.

Xüsusi nümayəndə vurğulayıb ki, bununla paralel olaraq Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşması prosesi də müşahidə olunur və bu proses hələ 2022-ci ilin əvvəlində başlayıb.
“Biz hesab edirik ki, Ermənistan ilə Türkiyə arasında normallaşma prosesində böyük müsbət addımlar atmağın vaxtı çatıb, lakin bu o demək deyil ki, heç nə baş vermir. İstanbul ilə İrəvan arasında aviareyslər bərpa olunub, türk aviaşirkətləri İrəvana uçuşlara başlayıb. Ölkələrimiz arasında reyslərin sayının artırılması müzakirə olunur. Biz ölkələrimiz arasında birbaşa hava yük daşımalarını qurmuşuq. Dünən Ani tarixi körpüsünün birgə yenidən qurulması və ya bərpası ilə bağlı protokol imzaladıq”, - deyə Ruben Rubinyan qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 May 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri