Azərbaycanla sülhə qarşı çıxan hər kəs alçaqdır! Bakıdan qayıdan erməni
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Həm Ermənistanda, həm də müəyyən dərəcədə Azərbaycanda qəzəb, inamsızlıq və kin hökm sürür. Bu, 35 illik müddətdə belə dərinlikdə düşmənçilik, nifrət tamamilə təbiidir. Ermənistan-Azərbaycan münaqişəsi bu cür hadisələrin baş verdiyi yeganə münaqişə deyil. Lakin müəyyən dərəcədə nifrət səviyyəsi və düşmənçilik yaranması baxımından unikaldır. Və bu məsələləri həll etmək və hissləri aradan qaldırmaq üçün hələ çox iş görməliyik”.
Modern.az xəbər verir ki, bunu 21-22 noyabr tarixlərində "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycana səfər edən Ermənistan vətəndaş cəmiyyətinin nümayəndəsi Areq Koçinyan 24 noyabrda jurnalistlərlə görüşdə bildirib.
"Azərbaycanlı ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanda olanda bir çoxlarının əvvəlki bəyanatlarını və çıxışlarını xatırlayaraq "Bunlar sülh qurucularıdırmı?" dediyini gördük. Demək istəyirəm ki, eyni şey bizim də başımıza gəldi. Əvvəlki bəyanatlarımız və hərəkətlərimiz yayıldı və insanlar deyirdilər: "Bəs bu insanlar bizimlə sülh qurmağa gəliblərmi?"
İndi “qırmızı xətt” çəkmək və ondan kənara çıxmaq imkanımız var. Başqa sözlə, əgər keçmişə qayıdıb kimin nə dediyini, kimin nə etdiyini və kimin necə davrandığını hesablasaq, bunun çıxılmaz bir sonluq olacağı qənaətinə gələrdik. Bu baxımdan qeyd etməliyəm ki, bu məsələdə Azərbaycan tərəfdaşlarımızla müəyyən qarşılıqlı anlaşma mövcuddur. Müxtəlif siyasi xadimlər bu qəzəbdən, məyusluqdan, inamsızlıqdan və müəyyən dərəcədə qorxudan hər cür istifadə etməyə çalışırlar ki, bundan öz siyasi məqsədləri üçün yararlansınlar. Bu da mənim fikrimcə, olduqca iyrənc hərəkətdir. Mənim fikrimcə, Ermənistanda Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sülh prosesinə qarşı çıxan hər kəs ya xarici agent, ya alçaq, ya da nədən danışdığını bilməyən siyasətdən kənar bir axmaqdır", - deyə Koçinyan vurğulyıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 24 Noyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















