Azərbaycanla sülhün perspektivinə əvvəlkindən daha nikbinəm Paşinyan
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2026-cı il Ermənistan üçün çox gərgin bir il olacaq: Ermənistan payızda Avropa Siyasi Birliyi Sammitinə, COP-17 Biomüxtəliflik Sammitinə və növbəti parlament seçkilərinə ev sahibliyi edəcək.
Modern.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan 3 dekabrda parlamentdə 2026-cı il üçün dövlət büdcəsi layihəsinin müzakirəsində yekun nitqində deyib.
"Təkrar edirəm ki, hakim çoxluq və mən növbəti parlament seçkilərinə böyük bir nikbinlik və pozitivlik ehtiyatı ilə yaxınlaşırıq. Təkrar etməliyəm ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar olub. Bizim vəzifəmiz bu sülhü qorumaq, gücləndirmək və institutlaşdırmaqdır.
Son zamanlar görülən işləri təhlil edərkən aşağıdakıları qeyd etmək vacibdir:
çox kobud desək, Ermənistan və Azərbaycan arasındakı etimad hətta 1 millimetr artdıqda 10 santimetr praktik irəliləyiş əldə edir…
Bu məsələ ilə bağlı təəssüratlarımı bölüşmək istəyirəm. Və demək istəyirəm ki, bu gün sülh perspektivləri ilə bağlı, məsələn, 15-20 avqust 2025-ci il tarixlərindən daha nikbinəm, baxmayaraq ki, o zaman əvvəlkindən daha nikbin idim", - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 03 Dekabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















