Icma.az
close
up
RU
Azərbaycanla Suriya arasında nə baş verir? Nazir müavininin səfəri

Azərbaycanla Suriya arasında nə baş verir? Nazir müavininin səfəri

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Bildiyimiz kimi, Azərbaycan xarici işlər nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir. Onlar keçid hökumətinin xarici işlər naziri ilə müvafiq görüş keçiriblər və Suriya ilə Azərbaycan arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Suriyada Azərbaycan səfirliyinin 2012-ci ildən fəaliyyət göstərməməsi və səfirliyin bərpası məsələsi də sözügedən görüşdə müzakirə olunub.

Bundan başqa, Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım göndərilir.

Suriyada səfirliyimizin bərpası nələrə töhfə verə bilər?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə Azərbaycanla Türkiyənin uzun müddətdir müttəfiq olduqlarını xatırladıb.

Onun sözlərinə görə, bu müttəfiqlik xarici siyasətdə, beynəlxalq təşkilatlarda, dünyanın həssas nöqtələrində Azərbaycan-Türkiyə xarici siyasətini koordinasiya edir:

“Həm Azərbaycanın, həm də Türkiyənin Suriyadakı səfirliyi 2012-ci ildən fəaliyyət göstərmirdi. Bu, Əsəd rejimin Azərbaycana qarşı tutduğu mövqe ilə əlaqədardır. Bəşər Əsəd hökuməti beynəlxalq təşkilatlarda Azərbaycanın Ermənistanın təcavüzkar siyasətinə qarşı fəaliyyətini hər zaman bloklamağa çalışıb. Bununla əlaqədar Əsəd rejiminə aid olan Suriya dövləti Ermənistan dövlətinin bir qəyyumuna çevrilmişdi. Əlbəttə ki, Əsəd rejimi devrildikdən sonra Türkiyənin Suriyadakı səfirliyi bərpa olundu. Hazırda Azərbaycanla Suriyanın diplomatik münasibətlərinin normallaşması istiqamətində addımlar atılır. Artıq Azərbaycan xarici işlər nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyadadır”.

Politoloq deyib ki, Azərbaycan humanitar yardıma ehtiyacı olan bütün dövlətlərə hər zaman dəstək olub:

“Bu baxımdan da İlham Əliyevin göstərişinə əsasən Suriyaya yardımın edilməsi təqdirəlayiqdir. Bundan başqa Azərbaycanla Suriya İslam Əməkdaşlıq Təşkilatında fəaliyyət göstərirlər. Azərbaycanın Suriyaya qarşı diqqəti islam dövlətlərinə olan güclü mövqeyimizi daha da gücləndirir. Ümumiyyətlə, Azərbaycanın bərpa, yardım prosesində təcrübəsi çox böyükdür. Bildiyimiz kimi, Azərbaycan 30 ilə yaxın erməni işğalından əziyyət çəkib və bu gün işğaldan azad edilən ərazilərdə quruculuq işləri ilə məşğuldur. Təcrübəmizi bölüşə bilərik. Eyni zamanda Suriyada türkmən bacı və qardaşlarımız yaşayır. Səfirliyin açılması onlara yardım etməyimizi daha da intensivləşdirəcək”.

Yusif Bağırzadə

Y.Bağırzadə Suriyanın Azərbaycana başsağlığı verməsindən söz açıb:

“Onu da qeyd etmək lazımdır ki, Suriyanın keçid hökuməti AZAL-a məxsus təyyarənin Qroznı şəhərində vurulması nəticəsində qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı bizə başsağlığı da verib. Onu da vurğulayım ki, keçid hökumətin xarici işlər naziri cənab Əsaad Həsən əl-Şibaninin ölkəmizə rəsmi səfəri də gözlənilir”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Dekabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri