Azərbaycanla Türkiyə arasında gömrük prosedurlarının sadələşdirilməsi müzakirə edilib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Dövlət Gömrük Komitəsində Türkiyə Respublikasının gömrük xidmətinin Gömrük Mühafizə Baş İdarəsinin rəis müavini Yaşar Baltacının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
"APA-Economics" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, görüşdə iki ölkənin gömrük orqanları arasındakı münasibətlərdən, birgə həyata keçirilən layihələrdən, qabaqcıl təcrübələrin öyrənilməsi və paylaşılması istiqamətində görülən işlərdən məmnunluqla bəhs edilib.
Həmçinin görüşdə gömrük prosedurlarının sadələşdirilməsi, orta dəhliz boyu yükdaşımaların asan və sürətli şəkildə həyata keçirilməsi, tranzitin sürətləndirilməsi istiqamətində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Dövlət Gömrük Komitəsinin Akademiyasında, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində, Kinoloji Mərkəzdə də olublar. Gömrük işi sahəsində aparılan elmi araşdırmalar, institusional yanaşmalarla tanış olan nümayəndə heyətinin üzvlərinə gömrük orqanlarının kinoloji sahədəki fəaliyyəti, eyni zamanda hava nəqliyyatında gömrük işinin təşkili barədə ətraflı məlumat verilib, gömrük sahəsində hüquqpozmalar, risklərin idarə olunması, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 11 Avqust 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















