Icma.az
close
up
RU
Azərbaycanla Türkiyə Fransada erməni diasporunu PARÇALADI

Azərbaycanla Türkiyə Fransada erməni diasporunu PARÇALADI

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ermənistan mediası Azərbaycan və Türkiyənin diaspor sahəsində əməkdaşlığı intensivləşdirməsindən narahat olub.

Modern.az xəbər verir ki, erməni diasporuna bağlı media orqanları Fransada iki ölkənin güclənməsindən yazıb.

Məqalədə Fransa və digər ölkələrdəki erməni diasporunun parçalanma və koordinasiya böhranı yaşadığını bildirir.

Erməni mətbuatı xatırladır ki, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin Xaricdə Yaşayan Türklər və Qohumluq Əlaqələri Başqanlığının (YTB) nümayəndə heyəti ilə görüşüb. Heyətə YTB-nin sədr əvəzi Abdulgadi Turus rəhbərlik edib.

Görüşdə iki ölkənin diaspor təşkilatları arasında fəaliyyətin koordinasiyası, ortaq layihələrin icrası, təcrübə mübadiləsi və türkdilli xalqların dünyadakı diasporlarının əlaqələndirilməsi müzakirə olunub. Tərəflər vurğulayıb ki, Azərbaycan və Türkiyə rəhbərləri arasındakı yaxın münasibətlər bu sahədə birgə təşəbbüslər üçün möhkəm baza yaradır.

Məlumatda o da qeyd edilir ki, Şuşa Bəyannaməsinin müddəaları hər iki ölkəyə diaspor siyasətində daha geniş əməkdaşlıq imkanı verir. Uzunmüddətli proqramlar, birgə tədbirlər və dünya üzrə türk diasporunun həmrəyliyini gücləndirən layihələr gündəmdədir.

Erməni mətbuatı yazır ki, bu proseslər fonunda xüsusilə Fransada yerləşən erməni diasporunda gərginlik, fikir ayrılığı və təşkilati zəiflik nəzərə çarpır. Bir sıra erməni ictimai-siyasi fiqurları hökumətin siyasətini diaspor təşkilatlarının zəifləməsi ilə əlaqələndirir.

Nəşrlər bu vəziyyəti iki fərqli yanaşmanın nəticəsi kimi təqdim edir. Birincisi, Azərbaycan və Türkiyənin koordinasiyalı, strateji və ardıcıl diaspor fəaliyyəti erməni diasporunu parçalayıb. Həmçinin, Ermənistan hökumətinin siyasəti nəticəsində erməni diasporu zəifləyib.

Erməni KİV-ləri qeyd edir ki, hazırkı şəraitdə Azərbaycan–Türkiyə əməkdaşlığının güclənməsi, dünya siyasətində diasporların rolunun artdığı bir dövrdə, regiondakı balanslara təsir göstərən mühüm faktor kimi qiymətləndirilir.

Elnur Əmirov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Noyabr 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri