Icma.az
close
up
RU
Azərbaycanlı 5ci sinif şagirdi dünya birincisi oldu FOTO

Azərbaycanlı 5ci sinif şagirdi dünya birincisi oldu FOTO

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanı ABŞ-nin Texas ştatının Hyuston şəhərində keçirilən Beynəlxalq Kopernik Olimpiadasında təmsil edən Azərbaycan Britaniya məktəbinin şagirdi Mətanət Mustafayeva Təbiət Elmləri fənni üzrə qızıl medal qazanıb.

Modern.az xəbər verir ki, Global Olympiad Center-in təşkilatçılığı ilə azərbaycanlı şagirdlər ABŞ-ın Hyuston şəhərində keçirilən Fizika-Astronomiya və Təbiət Elmləri üzrə Beynəlxalq Kopernik Olimpiadasında böyük uğur əldə ediblər.

Olimpiadanın final mərhələsi 5-10 yanvar tarixlərində Rice Universitetində təşkil olunub və dünyanın müxtəlif ölkələrindən təxminən 300 şagird iştirak edib. Azərbaycanlı şagirdlər bu çətin elmi yarışda yüksək nəticələr göstərərək müxtəlif mükafatlar qazanıblar.

Ümumilikdə, final mərhələsində Azərbaycanı 18 şagird təmsil edib: onlardan 4-ü Fizika və Astronomiya, 14-ü isə Təbiət Elmləri üzrə mübarizə aparıb.

Şagirdlərimiz dünyanın müxtəlif ölkələrindən gələn iştirakçılarla rəqabət apararaq bilik və bacarıqlarını nümayiş etdiriblər. Olimpiada çərçivəsində şagirdlərimiz Rice Universiteti ilə tanış olublar. Onlar Hyustonda yerləşən Natural Sciences Muzeyinə baş çəkiblər və NASA-da təşkil olunan xüsusi vorkşopda iştirak ediblər. Şagirdlərimiz burada kiçik raketlər hazırlayıb və ulduzları müşahidə ediblər. NASA-da olan şagirdlərimiz beynəlxalq səviyyəli tanınmış alimlərlə tanış olub və elmi müzakirələr aparıblar.

Azərbaycanlı şagirdlərimizin göstərdiyi nəticələr aşağıdakı kimdir:

Medal Qazananlar:

Qızıl Medallar:

Ziya Novruzsoy (Yaş kateqoriyası üzrə dünya çempionu)
Aylin Aşurlu (Yaş kateqoriyası üzrə dünya çempionu)
Mətanət Mustafayeva (Dünya üzrə ikinci yer)
Esma Nadirzadə (Dünya üzrə üçüncü yer)

Gümüş Medallar:

Atilla Musayev
Fatimə Əzimova
Yusif Yusifli
Camila Fərəcova

Bürünc Medallar:

Farrux Rəhimli
Məhəmmədhəsən Əzimov
Zəhra Əzimova
Mikayil Əhmadbayli
Üzeyir Israfilzade
Rüstam Yaradanquliyev

Fəxri Fərman:
Farrux Məhərrəmli
Xurşudbanu Abbaslı
Xədicə Qəhrəmanova

İştirak Sertifikatı:

Isa Ismayilzadə

Qeyd etmək lazımdır ki, Azərbaycanlı şagirdlərdən dörd nəfər dünya sıralamasında ən yüksək yerləri qazanıb. Ziya Novruzsoy və Aylin Aşurlu dünya çempionu, Mətanət Mustafayeva dünya üzrə ikinci, Əsma Nadirzadə isə dünya üzrə üçüncü yerə layiq görülüblər. Şagirdlərimiz 13 yanvar tarixində Bakıya geri dönəcəklər.

Onları Havalimanında təmtəraqlı qarşılama məraismi gözləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:322
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Yanvar 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri