Azərbaycanlı ailəni polis saxladı: ölkəyə buraxılmadı
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
1 ildir xaricdə yaşayan azərbaycanlı ailənin Almaniyaya girişinə icazə verilməyib.
Lent.az xəbər verir ki, Almaniyanın Saksoniya əyalətinin sərhədində müntəzəm yoxlamalar aparan Federal Polis əməkdaşları etibarsız sənədlərlə ölkəyə daxil olmağa çalışan bir ailənin qarşısını alıb.
Ukrayna qeydiyyat nişanlı avtomobillə Podroşe sərhəd-keçid məntəqəsinə gələn dörd nəfərlik azərbaycanlı ailə polis nəzarətinə cəlb edilib. Ailənin təqdim etdiyi Almaniya yaşayış icazəsi sənədləri zahirən etibarlı görünsə də, elektron sistemdə aparılan yoxlama fərqli nəticə ortaya çıxarıb.
Müəyyən edilib ki, ailə bir ildən artıq müddətdə Almaniyadan kənarda yaşayıb və buna görə də yaşayış icazəsi hüququnu itirib.
Polis etibarlılığını itirmiş sənədləri müsadirə edib və ailə barəsində hüquqi prosedura başlayıb. Qanuni şərtlərə cavab vermədiyi müəyyən olunan ailə bütün rəsmiləşdirmələr başa çatdıqdan sonra Polşaya geri göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 30 İyul 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















