Icma.az
close
up
RU
Azərbaycanlı aktrisa şəhər nəqliyyatından şikayətləndi

Azərbaycanlı aktrisa şəhər nəqliyyatından şikayətləndi

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Aktrisa Zülfiyyə Qurbanova Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən mikroavtobusda (20 Yanvar xətti) baş verən xoşagəlməz hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Ölkə.az xəbər verir ki, aktrisa sürücünün həm təhlükəli idarəetmə, həm də sərnişinlərin rahatlığını pozan davranışları ilə bağlı şikayətçi olduğunu bildirib:

"Bilənlər bilir ki, mən Sumqayıt şəhərində yaşayıram. Artıq 22 ildən çoxdur hər gün Sumqayıt-Bakı yolunu gedib-gəlirəm. Demək, bu gün evin yaxınlığındakı dayanacağa getdim. Hər gün ordan mikroavtobuslara minib işimə gedirəm. Bu gün də o günlərdən biri idi. Mikroavtobusun (sprinterin) biri gəldi, düz yanımda saxladı və mindim. Avtobusun üstündə “20 Yanvar” yazılmışdı, yəni bu xətt üzrə sərnişin daşıyır.

Açığı, minəndə maşında kim var, kim yoxdur, fikir vermədim. Yol getdikcə gördüm ki, sürücü musiqini ən axırıncı səsə qədər qaldırıb oxutdurur. Avtobusda oturan qızlar və oğlanlar da qoşularaq mədəniyyətsizcəsinə oxuyurlar. Yox, oxumurlar, böyürürlər. Sənin şəxsi sərhədlərin mənim rahatlığımı pozduğun yerdə bitir. Qulağımda qulaqcıq Bakıya çatana qədər dözməyə çalışdım, amma dözüləsi deyildi.

Bu arada deyim ki, maşında oturan sərnişinlərin çoxu Sumqayıt və Saray qəsəbəsində yaşayan tələbələr idi. Bir neçə nəfər isə mənim kimi yerdə boş qalmasın deyə yığdıqları sərnişinlər idi. Dözmədim, iradımı bildirdim. Dedim ki, elədiyiniz düzgün deyil, bizi düşürdükdən sonra nə istəyirsiniz edin".

Aktrisanın sözlərinə görə, sürücü yanındakı qızlarla danışır, söhbətə başı qarışdığından dəfələrlə maşını təhlükəli sürürdü:

"Ona irad bildirəndə “maşın mənimdir, nə istəyirəm edirəm, siz mənim maşınıma minmisiniz” dedi. Mən də cavab verdim ki, sizin şəxsi maşınınız o zaman olur ki, onu ictimai nəqliyyat kimi istifadə etmirsiniz.

Sürücü isə “mən maşına tələbə alıb onları daşıyıram, siz özünüz mindiniz” dedi. Halbuki yalan deyirdi. Dayanacaqda saxlayıb adam yığdı. O yığılan adamlardan biri də mən idim. Əgər ancaq tələbədən ibarət sərnişin daşıyırdısa, maşının üzərinə “servis” və ya “sifariş” yazmalı idi və ya “20 Yanvar” sözünü götürməli idi.

Nə isə, o dedi, mən dedim. Mənə “hara istəyirsən, şikayət elə, əcəb edirəm, keyfim bilər. İstəsəm, irad bildirəndə səni maşından salarım” dedi. Burda içimdə məni gic gülmək tutdu… Bu hələ Nərgiz xalanı tanımır.

Yanındakı, guya dünyanın hər yerini görmüş kimi davranan, əslində 20-23 yaşlarında olan tələbə adı daşıyanlar isə hər gün gedib-gəldikləri sürücünü mədəniyyətsizcəsinə müdafiə etməyə başladılar. Sürücü də bundan keyf alıb daha da həddini aşdı. Təbii ki, məni tanıyanlar bilir ki, mən sakit durmadım, cavablarını verdim. Həyatımda ilk dəfə düşündüm ki, nə qədər qeyrətli oğullar belə səviyyəsiz, mədəniyyətsiz yetişən nəsil üçün şəhid oldu.

Bu məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə və “102”yə şikayət edəcəyəm. Maşını hansı səviyyədə sürdüyünə və maşında başqalarının rahatlığına necə mane olduğuna dair video görüntü məndə var. Görüntüyə sürücünün əlaqə nömrəsi də düşüb. Artıq sürücünü o mədəniyyətdən kənar tələbələr gəlib müdafiə edərlər".

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Noyabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri