Azərbaycanlı aktrisadan diqqətçəkən PAYLAŞIM
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə sosial şəbəkədə etdiyi yeni paylaşımı ilə diqqət mərkəzinə düşüb.
Lent.az xəbər verir ki, hazırda Türkiyənin "Kanal D" telekanalında yayımlanan “Daha 17” serialında Şebnem obrazını canlandıran məşhur aktrisa yeni fotolarını izləyiciləri ilə bölüşüb.
43 yaşlı Cavadzadənin paylaşdığı fotolar qısa müddətdə çoxsaylı bəyənmə və şərhlər toplayıb. İzləyiciləri aktrisanın görünüşü və tərzi ilə bağlı tərif dolu rəylər yazıblar.
Bakıda dünyaya gələn Nəsrin Cavadzadə uzun illərdir Türkiyədə kino və serial layihələrində rol alır. O, “Yasak Elma”, “Bizim Hikaye”, “Üç Kuruş”, “Şahane Hayatım” kimi ekran işlərindəki rolları ilə tanınıb. Hazırda isə “Daha 17” serialında Şebnem obrazı ilə tamaşaçı qarşısına çıxır.
Aktrisa sosial şəbəkələrdə də kifayət qədər aktivdir və mütəmadi olaraq gündəlik həyatından, çəkilişlərdən və istirahətindən fotolar paylaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 03 Sentyabr 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















