Icma.az
close
up
RU
Azərbaycanlı alıcılar hansı avtomobillərə üstünlük verirlər?

Azərbaycanlı alıcılar hansı avtomobillərə üstünlük verirlər?

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

"2025-ci ilin son 8 ayında Azərbaycanda Çin avtomobilləri kütləvi şəkildə çoxalıb. Çünki hamı eşitdi ki, qiymətlər qalxacaq. Düzdür, artıq qiymətlər də, gətirmə xərci də qalxıb. Bu səbəblə satıcılar da qiyməti qaldırdılar. 2026-cı ildən Çin avtomobillərini demək olar ki, ancaq rəsmi dillerlərdən almalı olacağıq. Çünki Çində qanun artıq qüvvəyə minib ki, yeni alınan avtomobil Çin vətəndaşının adına olmalıdır. Və yalnız 6 aydan sonra ixrac oluna bilər".

Bunu Banco.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev deyib.  

Qeyd edək ki, Çində yeni qaydalara əsasən, qeydiyyata alındıqdan sonra 6 aydan az müddət keçmiş istifadə olunmuş avtomobillərin ixracı üçün şirkətlər gömrük orqanlarına xüsusi sənəd təqdim etməlidirlər. Burada ixrac olunan ölkə, avtomobilin məlumatları və həmin ölkədə avtomobilin servis xidməti göstərilə biləcək məntəqələrin siyahısı qeyd olunmalıdır.

Əvvəllər isə şirkətlər yeni avtomobili alıb qeydiyyata saldıqdan dərhal sonra ölkə xaricinə göndərə bilirdilər. 

Ekspertin sözlərinə görə, indi avtomobil satanların sayı azalacaq: "Ona qədər yeni bir qərar çıxmasa, ola bilsin ki, avtomobillərin satışı da azalacaq.

Hal-hazırda orta və daha az mühərriki olan, yəni ekonom klass avtomobillərə tələbat çoxdur. Bu seqmentdə xeyli vaxt idi ki, durğunluq var idi. Amma Çin avtomobillərin qiymətinin dəyişməsi istər-istəməz özünü büruzə verdi. İndi demək olar ki Koreya, Yaponiya avtomobillərinin əvvəlki kimi satışları güclənir. Yəni, ikinci əl avtomobillərin satışı güclənir.

Əvvəl demək olar ki, işlənmiş avtomobil qiymətinə yeni Çin avtomobili almaq mümkün idi. Həm qiymət dəyişdiyi üçün, həm də artıq insanlar düşünüb qərar verə bilir. Çünki Çin avtomobillərinin sürətli satışı olan zaman onlar yeni çıxmışdı. Artıq xeyli vaxtdı Çin avtomobilləri bazardadır. Yəni, idarə edənlər də bir-birindən maraqlanırlar. Misal üçün qərar verə bilirlər ki, 30 000 manat verib yeni avtomobili avtomobili almaq sərf edir, yaxud da Koreya və Yaponiyanın 10 ilə qədər istifadə edilmiş ikinci əl avtomobili.

Təxmini qiymətlər belədir ki, ili 8-10 ilə qədər olan köhnə avtomobillərin qiymətinə yeni avtomobil almaq mümkün idi. Onu da vurğulayım ki, yəni yeni avtomobil alan şəxs məsələn, onu xidmət sahəsində istifadə edirsə, az bir vaxtda avtomobil 100 min km-dən çox yürüş edirsə, artıq bilir ki, yəni bu avtomobil köhnəldikcə nə qədər xərci olur, qəza olanda nə qədər xərci olur. İkinci əl avtomobillərin bazarı get-gedə daha da gücləncək. Yəni, brend, işlənmiş avtomobillərin satışı əvvəlkindən də çox olacaq".

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://banco.az
archiveBu xəbər 02 Dekabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri