Icma.az
close
up
RU
Azərbaycanlı alim beynəlxalq konfransda İsmayıl Qaspıralının irsindən bəhs edib

Azərbaycanlı alim beynəlxalq konfransda İsmayıl Qaspıralının irsindən bəhs edib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 1 iyun, AZƏRTAC

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Əliyeva Rusiya Federasiyasının Barnaul şəhərindəki Altay Dövlət Universitetində “İsmayıl Qaspıralı: maarifçi, naşir, pedaqoq” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki,azərbaycanlı alim konfransda “İsmayıl Qaspıralının türk xalqlarının maariflənməsində rolu (Azərbaycan nümunəsində)” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə XIX əsrin sonu - XX əsrin əvvəllərində Türk dünyasının görkəmli maarifçisi, pedaqoqu və publisisti İsmayıl Qaspıralının fəaliyyətinin Azərbaycanın ictimai-siyasi və mədəni həyatına təsirindən bəhs edilib. Qeyd olunub ki, Qaspıralının irəli sürdüyü “Dildə, fikirdə, işdə birlik” prinsipi və “üsul-i cədid” təhsil modeli türk xalqları arasında yeni maarifçilik hərəkatının formalaşmasında mühüm rol oynayıb. Onun təşəbbüsü ilə yaradılan yeni tipli məktəblər və “Tərcüman” qəzeti təkcə Krımda deyil, Qafqazda, o cümlədən Azərbaycanda da müasir təhsil və ictimai fikrin inkişafına ciddi təsir göstərib.

Məruzədə vurğulanıb ki, Qaspıralının ideyaları Azərbaycan maarifçiləri tərəfindən rəğbətlə qarşılanıb, milli mətbuatın, dünyəvi təhsilin və yeni ziyalı nəslinin formalaşmasına təkan verib. Bu proses sonradan milli dövlətçilik ideyasının inkişafına da təsir göstərib. Xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin və digər siyasi-intellektual liderlərin dünyagörüşündə Qaspıralının irəli sürdüyü mədəni birlik, maariflənmə və modernləşmə ideyalarının izləri aydın şəkildə müşahidə olunur.

Araşdırma göstərir ki, İsmayıl Qaspıralının fəaliyyəti yalnız təhsil sahəsi ilə məhdudlaşmayıb, o, türk xalqları arasında ortaq mədəni məkanın və intellektual əlaqələrin formalaşmasına da mühüm töhfə verib. “Tərcüman” qəzeti müxtəlif türk xalqlarının ziyalılarını vahid informasiya platformasında bir araya gətirərək ideya mübadiləsini gücləndirib, milli oyanış proseslərini sürətləndirib.

Konfrans çərçivəsində müxtəlif ölkələrdən olan alimlərlə müzakirələr aparılıb, Türk dünyasının ortaq intellektual irsi, maarifçilik ənənələri və müasir humanitar tədqiqatların perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyun 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri