Icma.az
close
up
RU
Azərbaycanlı alim dünyanın ən nüfuzlu elm adamları siyahısında yer alıb

Azərbaycanlı alim dünyanın ən nüfuzlu elm adamları siyahısında yer alıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

İstanbul, 29 sentyabr, Günel Karatepe, AZƏRTAC

İstanbul Ticarət Universitetinin professoru, tətbiqi mexanika və kompozit konstruksiyalar sahəsində tanınmış alim Abdulla Sofiyev (Avey) növbəti dəfə dünyanın ən nüfuzlu alimləri sırasında yer alıb.

AZƏRTAC xəbər verir ki, Stanford Universitetinin təşəbbüsü ilə aparılan və “Elsevier” nəşriyyatı tərəfindən 2024-cü ildə dərc olunan beynəlxalq araşdırmanın nəticələrinə əsasən, professor A.Sofiyev həm “Karyeraya təsir”, həm də “İllik təsir” göstəricilərinə görə dünyanın 2 faiz ən nüfuzlu alimləri siyahısına daxil edilib. Siyahı 2025-ci ilin sentyabr ayında açıqlanıb.

Qeyd edək ki, bu siyahıda A.Sofiyev dünyanın müxtəlif universitetlərində çalışan bütün azərbaycanlı alimlər arasında ən öndə yer almaqdadır. Bu göstərici professorun yalnız fərdi nailiyyətlərini deyil, həm də Azərbaycan elminin qlobal elm məkanında mövqeyini nümayiş etdirir. Onun araşdırmaları əsasən nanokompozit və funksional dərəcələndirilmiş materiallardan hazırlanan çoxqatlı konstruksiyaların qeyri-xətti rəqsləri, dayanıqlıq və stabilite problemlərinə həsr olunub. Alimin 300-dən artıq elmi məqaləsi nüfuzlu beynəlxalq jurnallarda dərc edilib. Bunların 190-dan çoxu yüksək impakt faktorlu SCİ göstəricisinə malik jurnallarda işıq üzü görüb. Əsərlərinə verilmiş minlərlə istinad onun elmi nüfuzunun qlobal miqyasda tanındığının göstəricisidir.

Professor hazırda İstanbul Ticarət Universitetində fəaliyyətini davam etdirir. Bununla yanaşı, o, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə də sıx elmi əməkdaşlıq edir. A.Sofiyev son illərdə hər iki ali məktəbdə apardığı fundamental və tətbiqi tədqiqatlarla bu ali təhsil müəssisələrinin beynəlxalq nüfuzunun yüksəlməsinə, elmi-innovativ potensialının güclənməsinə və Azərbaycan–Türkiyə akademik əlaqələrinin daha da inkişafına mühüm töhfələr verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri