Icma.az
close
up
RU
Azərbaycanlı alimlərin nəticəsi Kolmoqorov və Arnoldun işləri ilə eyni cərgədə

Azərbaycanlı alimlərin nəticəsi Kolmoqorov və Arnoldun işləri ilə eyni cərgədə

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 19 may, AZƏRTAC

Azərbaycanlı alimlərin məqalələri Kolmoqorov və Arnoldun işləri ilə eyni cərgədə yer alıb.

Riyaziyyat və Mexanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, məqalə Kolmoqorov-Arnold superpozisiya teoreminə, eyni zamanda, Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları - şöbə müdiri professor Vüqar İsmayılovun və aparıcı elmi işçisi Namiq Quliyevin 2018-ci ildə “Neurocomputing” jurnalında çap etdirdikləri nəticəyə əsaslanır. Belə ki, Kolmoqorov və Arnold hələ keçən əsrin 50-ci illərində ixtiyari kəsilməz çoxdəyişənli funksiyanın birdəyişənli funksiyaların kompozisiyaları və cəmləri vasitəsilə dəqiq göstərilməsi üçün düstur yaradıblar.

Namiq Quliyev və Vüqar İsmayılov isə isbat ediblər ki, həmin düsturda olan bütün birdəyişənli funksiyaları qeyd olunmuş yeganə birdəyişənli funksiya ilə əvəz etməklə iki gizli laylı neyron şəbəkə modeli almaq olar və bu modelin vasitəsilə ixtiyari kəsilməz çoxdəyişənli funksiyanı istənilən dəqiqliklə approksimasiya etmək olar. Bundan əlavə sözü gedən qeyd olunmuş funksiya da alqoritmik qurulub (https://doi.org/10.1016/j.neucom.2018.07.075).

Nüfuzlu beynəlxalq jurnalda institut əməkdaşlarının adlarının Kolmoqorov və Arnold kimi dahi alimlərlə yanaşı çəkilməsi onların aldıqları nəticənin vacibliyindən xəbər verir. Bu istinad və elmi nəticənin beynəlxalq səviyyədə tanınması, Azərbaycan elminin yüksək səviyyədə təmsil olunduğunu və riyaziyyatın nəzəri aspektlərinin süni intellekt və neyron şəbəkələr kimi müasir sahələrə tətbiqində əhəmiyyətli rol oynadığını bir daha göstərir.

Qeyd edək ki, indiyə qədər Namiq Quliyev və Vüqar İsmayılovun həmin nəticəsinə müxtəlif xarici mütəxəssislərin 100-ə yaxın istinadları olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see287

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see182

İlk etimadsızlıq səsverməsi Lekornyu üçün uğurlu oldu

16 Oktyabr 2025 14:42see169

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see166

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see150

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see146

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see138

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see138

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see135

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see134

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see133

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see131

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see131

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see130

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see130

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see127

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see125

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ Leysan yağacaq

16 Oktyabr 2025 13:23see124

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see124

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri