Icma.az
close
up
RU
Azərbaycanlı alimlərin türkologiyaya töhfələri

Azərbaycanlı alimlərin türkologiyaya töhfələri

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Türkiyənin “İKSAD Yayın Evi” Bakı Dövlət Universitetinin Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov və dosent Güləhməd İmanovun müəllifi olduqları “Türk etnoqrafiyası” və “Türk kültürü və etnoqrafiyası” monoqrafiyalarını nəşr edib. 

Hər iki kitabda geniş elmi faktlara əsaslanaraq türklərin çoxəsrlik tarixi, adət-ənənələri, dini inancları, yaşayış tərzi və sosial-mədəni inkişaf mərhələləri ətraflı şəkildə təhlil olunur, türklərin ilkin tarixi dövrlərdən başlayaraq məskunlaşdığı məkanlar, yayılma arealları və müxtəlif dövlət qurumları haqqında məlumat verilir, türk xalqlarının yaşayış tərzi, geyimləri, yemək mədəniyyəti, ailə və qəbilə strukturu, toy, yas və digər mərasimləri detallı şəkildə təsvir edilir. Türklərin qədim dini ­inancları – şamanizm, tengrizm və sonrakı dövrlərdə İslam dininin qəbul edilməsi, bunun sosial və mədəni həyatda yaratdığı dəyişikliklər geniş şəkildə işıqlandırılır. Türk xalqlarının qədim dövrlərdən bəri məşğul olduqları sənət sahələri — xalçaçılıq, dulusçuluq, metallurgiya, dəriçilik və atçılıq mədəniyyəti kimi sahələrin etnoqrafik və iqtisadi baxımdan əhəmiyyəti vurğulanır.

“Türk etnoqrafiyası” və “Türk kültürü və etnoqrafiyası” kitabları təkcə etnoqrafik və mədəni araşdırma deyil, həm də türk kimliyinin formalaşmasında rol oynayan əsas amillərin dərin elmi təhlilidir. Hər iki kitab türkoloqlar, tarixçilər, mədəniyyətşünaslar və etnoqraflar üçün, eləcə də Türkiyə ilə maraqlanan hər kəs üçün dəyərli mənbədir.

Professorlar Əsgər Rəsulov və Nadir Məmmədlinin elmi redaktoru olduğu kitablar AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 May 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri