Azərbaycanlı boksçu Türkiyədə növbəti qələbəsini qazandı
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Azərbaycanlı boksçu Alişan İsmayılov İstanbulda keçirilən "Oguz Dövüş Gecesi" turnirində uğurlu çıxışı ilə yadda qalıb.
Oxu.Az xəbər verir ki, turnirdə Azərbaycan, Türkiyə və İran təmsilçiləri iştirak ediblər. 57 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda türkiyəli Yusuf Nacarla qarşılaşıb və rəqibini məğlub edərək qızıl medal qazanıb.
Qeyd edək ki, Alişan İsmayılov bu ilin fevralında da İstanbulda təşkil olunan KBN kəməri uğrunda döyüşdə qalib gəlmişdi. Beləliklə, o, Türkiyədə ardıcıl ikinci dəfə zəfər sevinci yaşayıb.
Baxış sayı:66
Bu xəbər 02 May 2025 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















