Icma.az
close
up
RU
Azərbaycanlı deputat qalmaqallı çıxışdan sonra ölkədən qaçıb

Azərbaycanlı deputat qalmaqallı çıxışdan sonra ölkədən qaçıb

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xantı-Mansiysk Muxtar Dairəsinin (XMAO) Dumasında təmsil olunan azərbaycanlı deputat Xalid Tağızadə miqrantlarla bağlı qalmaqallı çıxışından sonra Rusiyanı tərk edib. Siyasi dairələrdə onun ölkədən qaçdığı və Azərbaycana getdiyi barədə məlumatlar yayılıb.

Ölkə.Az milli.az-a istinadən xəbər verir ki, deputat parlamentdə çıxışı zamanı "özbəklər Yuqranı öz tarixi vətənləri kimi görürlər" fikrini səsləndirib.

Tağızadə bildirib ki, Yuqra və Tümen vilayətinin bir hissəsi tarixi baxımdan Sibir xanlığına məxsus olub və sonuncu hökmdar Xan Küçüm Buxara xanlığından çıxmış özbək Şeybanilər sülaləsinə mənsub olub. Bu səbəbdən bəzi miqrantların bölgəyə "öz tarixi torpaqları" kimi yanaşmasının mümkünlüyünü qeyd edib.

Deputatın çıxışı ictimaiyyətdə sərt tənqidə səbəb olub. Federal səviyyədə də məsələ rezonans doğurub. Rusiya Dövlət Dumasının deputatı Stanislav Naumov bildirib ki, Tağızadəni "süpürgə ilə qovmaq lazımdır". XMAO Dumasının sədri Boris Xoxryakov isə deputatın Etika Komissiyasına çağırılacağını açıqlayıb.

Sonradan Xalid Tağızadə üzr istəsə də, bu Rusiya İnsan Hüquqları Şurasının üzvü Kirill Kabanov tərəfindən şübhə altına alınıb.

Tağızadə açıqlamasında belə deyib:

"Yuqranın miqrantlar üçün cəlbedici olmasının səbəbləri barədə fərziyyə irəli sürdüm. Qəti hökm deyildi. Təəssüf ki, fikirlərim birmənalı qarşılanmadı. Bunun üçün üzr istəyirəm".

Qalmaqaldan sonra deputat jurnalistlərin zənglərinə cavab verməyib və Dumanın iclaslarına qatılmayıb. Onun bu gün keçiriləcək növbədənkənar sessiyada iştirak edib-etməyəcəyi dəqiq deyil. Məhz həmin iclasda onun mandatdan məhrum edilməsi məsələsinə baxılacağı gözlənilir.

Yuqra siyasi elitasındakı mənbələrə görə, Tağızadə ölkəni tərk edərək Azərbaycana gedib. Rəsmi təsdiq olmasa da, onun hazırda Rusiyada olmadığı ehtimal olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 İyun 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see220

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see171

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see169

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see145

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri